Bakının mərkəzindəki bu gecə klubu bağlandı - Video
Bakıda daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
BiG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunda yoxlama keçirilib.
Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur;
- odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir və orada yanar materialların saxlanılmasına yol verilir;
- obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 839 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi
13:39 125 Altı ölkə su altında qala bilər - Daily Express
"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü
02.06.2026 323 Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub
Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar
12:33 158 Sabah 31° isti olacaq
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:01 154 Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti
12:03 174 Avropa, yoxsa Avrasiya? Ermənistanda referendum təşəbbüsü gündəmdə
Avrasiya İqtisadi Birliyinin (AİB) liderləri tərəfindən təklif edilən Avropa və Avrasiya inteqrasiyası arasında seçimlə bağlı Ermənistanda referendum keçirilməsi təşəbbüsü təşkilatın özünə zərər vura bilər. xəbər verir ki, bu fikri Ermənistan Tətbiqi Siyasət Tədqiqatları İnstitutunun (APRI) elmi işçis
11:25 140 Ətsiz qidalanma trendi: Fayda və risklər
"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki
15:29 120 Sibel Can özündən 11 yaş kiçik iş adamına ərə gedir
Türkiyəli məşhur müğənni Sibel Canın ailə qurmağa hazırlaşdığı ilə bağlı yenidən iddialar ortaya çıxıb. Axşam.az xəbər verir ki, ifaçı özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcək. Cütlüyün toyunun yayda Mayamidə olacağı deyilib. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir
14:10 174 Netanyahu: İran rejimi əvvəlki kimi olmayacaq, süquta məhkumdur
İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib. xəbər verir ki, Netanyahu İran rejiminin zəiflədiyini və əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini iddia edib. "İrandakı terror rejiminin təməlləri çat verib. O, artıq əvvəlki kimi olmayacaq və sizə deyirəm - b
02.06.2026 243