Azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - Fotolar

Azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Z.Ağayev təqsirləndirilən şəxs Qurgen Stepanyanın yeni vəkillə təmin olunduğunu bildirib və ondan buna etirazının olub-olmadığını soruşub. Q.Stepanyan yeni vəkilinə etiraz etmədiyini bildirib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan edilən sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.

Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.

Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov Şahverdi Bəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.

Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğlu ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmməd oğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Səfərov Ağəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Hüseynov Aslan Mərdan oğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açaraq Kərkicahan sakini Həsənov Telman Yelmar oğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Abuzərova Bənövşə Abduləzim qızını, habelə Tarverdiyev Əfqan Novruz oğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, Salahov Nurəddin Musa oğlunu və başqalarını yaralayıblar. Salahova Şəkər Saday qızının isə Balasanyan Qədir Aşot oğlu tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq Əliyev İlham Bahadur oğlunu qətlə yetiriblər.

Məmmədov Arif Köçəri oğlunun öldürülməsi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmiş Rüstəmov Müşfiq İsfəndiyar oğlu ifadəsində göstərib ki, 1991-ci il mayın 16-da odlu silah hazırlanmasında və Azərbaycan kəndlərinə hücumlarda şübhəli bilinən şəxslərin tutulması məqsədilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib, şübhəli bilinən Borik Süleymanyan saxlanılıb. O, saxlanılan zaman təxminən 150-200 erməni Borikin aparılmasına maneə törətməyə çalışıb. Boriki polis şöbəsinə gətirdikləri zaman içərisində olduqları avtomobil Çartaz kəndinin maldarlıq ferması istiqamətində atəşə tutulub, nəticədə iş yoldaşı Arif Məmmədov güllə yarası alıb və bir neçə saat sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Daha bir sənəd Cəbrayıl rayonunun Çullu kənd sakini Quliyev Sevdayar Nəcəf oğlunun Hadrut rayonunun Dolanlar kəndi ərazisindəki meşədə ermənilər tərəfindən odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı olub.

İclasda Həşimova Şövkət Şükür qızının və Səfərəliyev Cavanşir Mahmud oğlunun itkin düşməsi faktı üzrə sənədlər də elan edilib.

Şahid qismində dindirilmiş İbrahimov Zakir Şükür oğlu ifadəsində bildirib ki, 1989-cu il noyabrın 10-da bacısı Şövkət Həşimova avtobusla Xocalı şəhərindən Ağdam rayonuna gedib, həmin gün geri qayıtmaq istəyəndə marşrut avtobusuna gecikdiyinə görə Ağdamda tanımadığı göy rəngli "Moskviç" markalı avtomobilin sürücüsündən onu avtobusa çatdırmasını xahiş edib. Əsgəran rayonunda yolun kənarında dayanmış Maksim və Minosyan Ararat adlı milis işçiləri zorla "Moskviç"i dayandırıb bacısı Şövkəti və sonradan adının Cavanşir olduğunu öyrəndiyi, bir ayağı şikəst müharibə veteranı olan sürücünü Əsgəran milis şöbəsinə aparıblar. Bundan sonra həmin şəxslərdən bir daha xəbər olmayıb. Həmçinin sonradan Əsgəran ərazisində göy rəngli "Moskviç" markalı avtomobilin yandırıldığını eşidib.

Məhkəmə iclasında Əsgəran rayonunun meşə massivində "Alazan-2M" tipli raket qurğularının aşkar edilməsi, 1988-ci ilin yanvar-fevral aylarında təbliğat-təşviqat aparmaqla azərbaycanlıların Xankəndi şəhərindən qovulmaları, 1991-ci il iyunun 13-də Şərur rayonunun Yuxarı Yaycı kəndində sovxozun atəşə tutulması, 1991-ci il iyulun 17-də Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə silahlı basqın edilməsi, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində yerləşən fermanın atəşə tutulması və digər faktlar üzrə də sənədlər oxunub.

Həmçinin Kəlbəcər-Mərcimək avtomobil yolunun üzərində yerləşən "Sarıqaya" adlanan yerdə silahlı ermənilər tərəfindən Qəribov Maarif Ataş oğlunun, Ağdərə rayonunun Qozlu kəndi ərazisində M.F.Axundov adına kolxozun qoyun fermasının çobanı Şərifov Yaqub Kamal oğlunun, Ağdərə rayonunun Umudlu kənd sakini Qasımov Qara Səməd oğlunun öldürülməsi faktları ilə əlaqədar sənədlər və şahid ifadələri səsləndirilib.

Məhkəmədə İmanov Mahal Novruz oğlunun, Həsənov Vaqif Qəzənfər oğlunun, İmanov Novruz Göyüş oğlunun və Həsənov Qəzənfər Aşur oğlunun odlu silahlardan atəş açılmaqla qətlə yetirilmələri üzrə epizodlar da elan edilib.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - FotolarAzərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlər tədqiq edildi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?

"Fizza Pay" MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb. -a istinadən xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pu

01.04.2026 414
.

"Banklar bizi məcbur edirlər ki, "MilliÖn"dən istifadə olunmasın"

Aparıcı İlahə Şıxlınskaya "MilliÖn" terminallarından şikayətlənib. OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb:. "Xəbəriniz var ki, artıq MilliÖn terminalları ilə bank hesabınıza qoyduğunuz istənilən məbləğdən faiz çıxılır?! Yəni tutalım, qoyduğunuz 500 manatdan əlavə üstəli

01.04.2026 572
.

London Yaxın Şərqdə hərbi hazırlığı artırır

Böyük Britaniya İranın mümkün hücum risklərinə qarşı Yaxın Şərqdə müdafiə tədbirlərini genişləndirir. Müdafiə naziri Con Hili bildirib ki, bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndəriləcək. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytd

01.04.2026 257
.

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl daha da bahalaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.60% artaraq 4,707 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.78% ucuzlaşaraq 74.33 ABŞ dolları təşkil edib

01.04.2026 397
.

Bazarlarda Tərəvəzlərin Dad və Keyfiyyəti Təhlükədə - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son zamanlar bazarlarda məhsul keyfiyyətində ciddi problemlər müşahidə olunur. Xiyar alanda su dadı hiss olunur, pomidor isə təəssüf ki, təbii dadından uzaq, bəzən hətta balıq kimi qoxu və dad verərək yeyilməz olur. Bu vəziyyət həm gündəlik ailə büdcəsinə, həm də sağlam qidalanma vərdişlərinə mənfi təsi

01.04.2026 309
.

Kulinardan VACİB tövsiyyə: "Uşaqlarınıza "Nutella" verməyin" - Video

Kulinar texnoloq Mübariz Vəliyev xüsusilə uşaqların çox yediyi "Nutella" şokolad yağlarının tərkibində zərərli palma yağı və qida əlavəsinin olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə məlumatlandırıcı video hazırlayan M.Vəliyev bildirib ki, bu şokalad yağları tərkibinə görə halal hesab edils

01.04.2026 501
.

Oğrular üçün maqnit: Turistlərin tez-tez rastlaşdığı baqaj səhvləri XƏBƏRDARLIĞI

Hava limanında baqajın itməsi və ya oğurlanması turistlərin ən böyük qorxularından biri olaraq qalır. Uzun müddət planlaşdırılan səfərə gəlib bütün əşyaların yoxa çıxdığını görmək hər kəs üçün xoşagəlməz vəziyyətdir. Bu səbəbdən bir çox səyahətçi çamadanlarına sahibini müəyyən etmək üçün baqaj etiketlər

01.04.2026 314
.

Halit Ergenç və Meryem Üzerli yenidən eyni serialda

Məşhur "Muhteşem Yüzyıl" serialının unudulmaz cütlüyü Halit Ergenç və Meryem Üzerli 15 ildən sonra yenidən eyni layihədə bir araya gəlir. Türkiyə mediasına istinadla xəbər verir ki,"Sultan Süleyman" və "Hürrəm" obrazları ilə yaddaşlarda qalan aktyorlar rejissor Özcan Alperi

01.04.2026 326
.

Yəməndə riskli bəyanat: Qlobal ticarət təhlükədə

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına gedən yolun bağlana biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, neftin qiymətini bir barel üçün 200 dollara qədər yüksəldə və Avrop

01.04.2026 261
.

TOP MP3