Kiberdələduzluq artıq mədəniyyət sahəsini də hədəf alıb – ekspert xəbərdarlığı

Kiberdələduzluq artıq mədəniyyət sahəsini də hədəf alıb – ekspert xəbərdarlığıKiber dələduzluq artıq mədəniyyət sahəsində də ciddi narahatlıq doğurur. Belə ki, bəzi dələduzlar mədəniyyət ocaqlarının adından istifadə edərək sosial şəbəkələrdə saxta bilet satışları və konsert təşkili ilə məşğul olurlar. Nəticədə insanlar "konsert bileti aldığını" düşünərək pul ödəyir, amma əslində dələduzların hədəfinə çevrilirlər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, məlumatların elektronik mühitdə sürətlə artması kiberdələduzluq üçün yeni imkanlar yaradır:

"Onlar sosial şəbəkələrdə müxtəlif sahələrdə – iş elanları, konsertlər, yarışlar və digər "cəlbedici təkliflər" vasitəsilə insanları aldatmağa çalışırlar".

Kiberdələduzluq artıq mədəniyyət sahəsini də hədəf alıb – ekspert xəbərdarlığıBəhruz Əliyev sosial şəbəkə istifadəçilərinə tövsiyə edib ki, belə xəbərlərə dərhal inanmasınlar. Aldıqları məlumatı həmişə müəssisənin rəsmi nümayəndəsi və ya səhifəsi vasitəsilə yoxlasınlar və hər hansı bir ödəniş etməzdən əvvəl məlumatın düzgünlüyünü təsdiqləsinlər. O, qeyd edib:
"Sosial şəbəkədə rastlaşdığınız hər bir təklifin həqiqiliyini yoxlamadan qarşı tərəfə pul göndərməyin. Unutmayın, kiberdələduzlar ən çox da sürətli və diqqətsiz istifadəçiləri hədəf alır."

Ekspert həmçinin vurğulayıb ki, belə halların qarşısını almaq üçün istifadəçilər həmişə şüurlu olmalı, məlumatın mənbəyini yoxlamalı və şübhəli təkliflər qarşısında ehtiyatlı davranmalıdırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

17:24 80
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

15:20 138
.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

17:19 80
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16:27 178
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

11:31 142
.

"NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir" - BƏHRUZ QULİYEV

"Rusiya-Ukrayna müharibəsinin Avropa ərazisinə daha geniş şəkildə yayılması ehtimalını artıq yalnız nəzəri ssenari kimi qiymətləndirmək düzgün olmaz. Çünki son hadisələr müharibənin bilavasitə NATO sərhədlərinə yaxınlaşdığını göstərir. Litva hava məkanında PUA-nın vurulması və Baltik dənizində Rusiy

15:05 169
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

15:59 158
.

Müəllimlik ixtisaslarına qəbul azaldılır: Təhsildə nələr dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında müəllimlik ixtisaslarına qəbul planının azaldılmasının növbəti illərdə də davam etdiriləcəyini bildirib. Nazir bu addımın əsas məqsədinin müəllim hazırlığının keyfiyyətini yüksəltmək və təhsi

12:45 224
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

17:11 87
.