ABŞ-də öldürülən fəal Kirkin arvadı ilk dəfə ictimaiyyət qarşısında danışdı: Ərinin qətl səbəbini açıqladı
ABŞ-də qətlə yetirilən siyasi fəal Çarli Kirkin həyat yoldaşı Erika Kirk ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Bu barədə Oxu.Az CNN-ə istinadən xəbər verir.
Çıxışından əvvəl qadın səssiz şəkildə dua edib.
Erika Kirk ərinin işini və irsini davam etdirəcəyini, onun siyasi hərəkatını dəstəkləyəcəyini vəd edib. O, həmçinin Kirkin davamçılarını kilsə icmasının üzvləri olmağa çağırıb və mərhum ərinə and içib.
"Çarli, söz verirəm ki, sənin irsinin ölməsinə heç vaxt icazə verməyəcəyəm. Söz verirəm ki, "Turning Point USA"i bu ölkənin tarixində ən böyük təşkilata çevirəcəyəm", - deyə o, ərinin ruhuna müraciətlə bildirib.
Erika Kirk, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vensə "Kirki evə qaytardıqlarına" və ona dəstək olduqlarına görə təşəkkür edib. Qadın, eyni zamanda, mərhum ərinin tərəfdaşı Donald Trampa da müraciət edib.
"Cənab prezident, ərim sizi sevirdi. Və o bilirdi ki, siz də onu sevirsiniz. Sizin dostluğunuz heyrətamiz idi. Siz ona çox gözəl dəstək olurdunuz, necə ki o sizə", - deyə Erika qeyd edib.
Erika Kirk hesab edir ki, ərinin qətlinə görə məsuliyyət daşıyanlar onun işinə müdaxilə etmək istəyənlərdir.
"Ərimin qətlində məsul olan bədxahlar nə etdiklərinin fərqində deyillər. Onlar Çarlini vətənpərvərliyi, imanı və mərhəmətli ilahi sevgini təbliğ etdiyi üçün öldürdülər", - deyə qadın vurğulayıb.
Erika əminliyini ifadə edib ki, ərinin ölümü ölkədəki mühafizəkar ictimai hərəkatı yalnız canlandıracaq.
"Əgər əvvəllər ərimin fəaliyyətinin böyük təsir göstərdiyini düşünürdünüzsə, o zaman bütün ölkə daxilində nəyi oyandırdığınızı təsəvvürünüzə gətirə bilməzsiniz", - deyə Erika Kirk ərinin rəqiblərinə müraciət edərək bildirib.
Bununla bağlı fəalın arvadı əmin edib ki, onun təsis etdiyi mühafizəkar "Turning Point USA" ictimai təşkilatı əvvəlkindən daha fəal işləyəcək. Təşkilat 2012-ci ildə təsis edilib və əsasən, ABŞ məktəblərində və universitetlərində mühafizəkar ideyaların və dəyərlərin populyarlaşdırılması mövqeyindən çıxış edir.
Xatırladaq ki, Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı güllələnib. Mühafizəkar siyasi fəal və publisist, "Turning Point USA" təşkilatının yaradıcısı tələbələr arasında azad bazar, məhdud hökumət və "ənənəvi dəyərlər" ideyalarını təbliğ edirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 750 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür
"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə
12:15 187 Süni intellekt bazarında təhlükə siqnalı - texnologiya şirkətlərinin səhmləri kəskin düşdü
Süni intellektin inkişaf tempinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar texnologiya bazarında ciddi dalğalanmaya səbəb olub. The İndependentın məlumatına görə, AI şirkətlərinin rəhbərlərinin inkişaf tempinin yavaşladılmasına dair açıqlamalarından sonra texnologiya şirkətlərinin səhmlərində kəskin eni
16:50 2 Yeni operatorun gəlişi mobil rabitə qiymətlərinə necə təsir edə bilər?
"Mobil telekommunikasiya bazarına yeni operatorun daxil olmasının qarşısında duran əsas maneələri bir neçə istiqamətdə ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamen
12:55 182 Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
11:57 162 Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir
Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd
16:27 137 Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə
15:23 139 Moskva açıqladı: Ermənistan Rusiya hərbi bazasının çıxarılmasını istəməyib
Moskva 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı heç bir sorğu almayıb. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib. Diplomat vurğulayıb ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasını
11:21 142 Antiterror əməliyyatı və seperatizmə son qoyulması
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən
11:48 143 "İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı - VİDEO
"İrşad" məktəb həyəcanını və yeni tədris ilini səbirsizliklə gözləyənlər üçün möhtəşəm xəbərlə gəlir - ənənəvi "Yaşıl Cümə" aksiyası yenidən baş tutur. - Sentyabrın 18-dən 27-dək davam edəcək kampaniyada müştərilər 70%-dək real endirimdən yararlana, üstəlik endirimli məbləği 18 ay
12:58 218