Türkiyə, İran və İraq liderləri Dohada fövqəladə sammitə qatılacaq
Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada keçiriləcək ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəklər.
"Report" xəbər verir ki, İran prezidentinin iştirakını bu gün ölkənin xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.
Məlumata görə, İran Prezidenti bazar ertəsi Qətərin paytaxtına yola düşəcək. Nazirin özü isə bazar günü, sentyabrın 14-də xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.
Öz növbəsində AFP agentliyi sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin də iştirak edəcəyini xəbər verib.
Agentliyin məlumatına görə, Türkiyə Prezident administrasiyası iştirakı təsdiqləyib, lakin əlavə təfərrüatları açıqlamayıb.
Türkiyə KİV xəbər verir ki, nazirlər sammitində ölkəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Yüksək səviyyəli görüşün ardından İsrail Hərbi Hava Qüvvələrinin Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbələrini pisləyən qətnamənin qəbul ediləcəyi gözlənilir. Ölkələr həmçinin sənədə İsrailin Qəzza zolağındakı fəaliyyətlərinə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi çağırışını daxil etmək niyyətindədir.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin Qəzza zolağında atəşkəs təklifi ilə bağlı HƏMAS nümayəndələrinin danışıqlar apardığı Qətərin paytaxtı Doha şəhərinə bir neçə zərbə endirib. İsrail əməliyyata "sammiti" adı verib. Sentyabrın 11-də Qətər ərəb və müsəlman ölkələrinin fövqəladə sammitini çağırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 202 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
15.11.2026 270 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
15.11.2026 193 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
15.11.2026 243 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
15.11.2026 187 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
15.11.2026 200