Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... - Fotolar
Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda baş verən qəzada yeniyetmə ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən qəzada sükan arxasında olan şəxs də azyaşlı olubmuş.
"Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur", - deyə rəsmi açıqlamada bildirilib.
Qeyd edilib ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar: "Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər".
Xatırladaq ki, qəza zamanı 2011-ci il təvəllüdlü yeniyetmə həyatını itirib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 757 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Rusiya hərbi bazasının çıxarılması müzakirə edilə bilər" - İrəvandan açıqlama
Gümrüdəki Rusiya hərbi bazasının Ermənistan üçün baha başa gəldiyi iddia edilir. xəbər verir ki, "Sputnik"in Telegram kanalında yayılan məlumata görə, bunu Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan bildirib. "Əgər onlar Rusiya hərbi bazasının çıxarılmasını istəyirlərsə, bun
11:11 134 Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
12:17 160 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
15:45 154 Zaxarova: Ermənistanda Kilsəni təqib edənlər lənətlənəcəklər
Ermənistanda Kilsəni təqib edən siyasətçilər əbədi olaraq lənətlənəcəklər. xəbər verir ki, " müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Diplomat qeyd edib ki, Ermənistanda Kilsəyə qarşı təqiblərə yol verən siyasətçilər lənətlənəcəklər
11:06 138 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev "Şöhrət"
16:29 21 Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir
Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd
16:27 0 Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
14:22 163 Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
11:50 169 Moskva açıqladı: Ermənistan Rusiya hərbi bazasının çıxarılmasını istəməyib
Moskva 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı heç bir sorğu almayıb. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib. Diplomat vurğulayıb ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasını
11:21 142