Qətl törədən azərbaycanlılara 76 il həbs cəzası istənildi

Qətl törədən azərbaycanlılara 76 il həbs cəzası istənildiRusiyanın Moskva Vilayət Məhkəməsində 2024-cü ilin aprelində baş vermiş 22 yaşlı Kirill Kovalevin qətli ilə bağlı səs-küylü cinayət işi üzrə iclas keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı əsas təqsirləndirilən şəxslər - Şahin Abbasov üçün – 17 il, İssaxan Abbasov üçün – 16 il, Şöhrət Abbasov üçün – 14 il, Nahid Hüseynov üçün – 10 il, Nizami və Bəxtiyar Abbasovlar üçün isə – hər birinə 9,5 il ciddi rejimli həbsxanada çəkməklə azadlıqdan məhrumetmə cəzaları tələb edib.

Münaqişə məişət mübahisəsi nəticəsində yaranıb. Kovalev maşını birbaşa girişin qarşısında saxlayan sürücüyə irad bildirib. Buna cavab olaraq azərbaycanlılardan biri ona ölümcül bıçaq zərbəsi endirib.

Hadisədən sonra cinayətkarlar iki avtomobili ataraq hadisə yerindən qaçıblar, həmin maşınlar sonradan tapılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları əsas şübhəlinin ata və qardaşı da daxil olmaqla altı nəfəri saxlayıb. Əsas təqsirkar sayılan Şahin Abbasov Rostov vilayətində həbs olunub. Həkimlər zərərçəkmişin həyatını xilas edə bilməyiblər – o, beş saatlıq reanimasiya tədbirlərindən sonra ölüb.

İş üzrə hökm yaxın vaxtlarda elan olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1074   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib

Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib. "Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasını

15:40 120
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11.09.2026 321
.

Çin 2027-ci ildə BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək

Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək. "Report" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib. "2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasınd

18:20 59
.

Azərbaycan əhalisi geyim və ayaqqabı xərclərini 4 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5 milyard 613,8 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 4,

17:00 107
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11.09.2026 284
.

"Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur"

Əməkdar artist Elza Seyidcahan oriental rəqsi tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günorta efirdəyik" proqramında danışıb. O bildirib ki, Azərbaycanda bu rəqsi bacaran yoxdur:. "Rəqs deyəndə mənim üçün oriyentaldır. Oriental eyib deyil ki. Arif Məliko

13:45 167
.

Serbiya Prezidenti istefa verəcəyi günü açıqladı

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verəcəyini açıqlayıb. xəbər verir ki, o, bunu mətbuat konfransında N1 televiziyasının sualını cavablandırarkən deyib. "Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa verəcəyəm. Bu, 25 və ya 26 sentyabr olacaq, vəssalam"

11:58 169
.

Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya

17:50 94
.

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda

18:00 96
.