İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi - Qadağan edildi

İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi - Qadağan edildiYenidoğulmuş körpənin ölümündə təqsirləndirilən həkim Könül Xudatovanın məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, hadisə 2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. O zaman xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyən K. Xudatova doğuş prosesində iştirak edib. Lakin o, doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub. Nəticədə yenidoğulmuş qız uşağı bir gün sonra vəfat edib.

Könül Xudatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib.

Həmçinin məlum olub ki, bu hadisədən sonra K. Xudatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq körpənin oksigen balonuna qoşulmasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan şöbə müdiri fəaliyyətini Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim kimi davam etdirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü Könül Xudatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

K. Xudatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

12:27 141
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağ

12:50 123
.

"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia

08:55 116
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

12:17 144
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15.09.2026 263
.

400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın

14:54 42
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15.09.2026 299
.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını

11:38 151
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!

12:34 123
.