"Ailələr düşünür ki, qız uşağını "tez ərə vermək" onu təhlükələrdən qoruyar" - Sosioloq

"Ailələr düşünür ki, qız uşağını "tez ərə vermək" onu təhlükələrdən qoruyar" - SosioloqSabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə "Həri" məclisinin olduğunu deyib.İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq İbrahim Cəfərov bildirib ki, cəmiyyətimizdə bəzən valideynlər ənənə və "el-obanın sözü" səbəbindən belə addımlar atırlar. Çox vaxt ailələr düşünür ki, qız uşağını "tez ərə vermək" onu təhlükələrdən qoruyar. Amma əksinə, bu, uşağın təhsilini yarımçıq qoymasına, psixoloji zərər almasına və gələcəkdə xoşbəxt olmamasına səbəb ola bilər:

"14 yaşlı qızın 20 yaşlı oğlanla nişanlanması xəbəri cəmiyyətdə ciddi narahatlıq doğurur. Burada əsas problem odur ki, qız hələ yetkinlik yaşına çatmayıb. Azərbaycan qanunlarına görə nikah yaşı 18-dir, yəni belə bir nişanlanma həm hüquqa, həm də uşağın sağlam inkişafına ziddir.

Cəmiyyətimizdə bəzən valideynlər ənənə və "el-obanın sözü" səbəbindən belə addımlar atırlar. Çox vaxt ailələr düşünür ki, qız uşağını "tez ərə vermək" onu təhlükələrdən qoruyar. Amma əksinə, bu, uşağın təhsilini yarımçıq qoymasına, psixoloji zərər almasına və gələcəkdə xoşbəxt olmamasına səbəb ola bilər.

Bu hadisədə atanın 8 gün həbs alması da göstərir ki, dövlət artıq belə məsələlərdə daha ciddi addımlar atır. Məqsəd yalnız valideyni cəzalandırmaq deyil, həm də cəmiyyətə mesaj verməkdir: "Uşaqları qorumaq hər kəsin borcudur."

Burada əsas məsələ təkcə qanunla bağlı deyil, həm də düşüncə tərzidir. Erkən nikahların qarşısını almaq üçün kəndlərdə və rayonlarda maarifləndirmə işi aparılmalıdır. İnsanlara izah olunmalıdır ki qız uşağının təhsil alması ailə üçün daha böyük qürurdur. Erkən nikahlar çox vaxt uğursuzluqla nəticələnir.Uşağın sağlamlığı, psixologiyası və gələcəyi ən önəmli məsələdir.

Bu cür hadisələr hələ də cəmiyyətdə müəyyən qalıq ənənələrin güclü olduğunu göstərir. Amma eyni zamanda, dövlətin müdaxiləsi və medianın bu mövzunu işıqlandırması müsbət haldır. Bu yolla yavaş-yavaş ictimai şüur dəyişir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"

08:00 119
.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15.09.2026 295
.

Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba

15.09.2026 240
.

İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMA

"Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdığı bir dövrdə, artıq 22-cisi təşkil olunan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərinə Ermənistan hakimiyyətinin kəskin reaksiyası qəbuledilməzdir. Təhlillər göstərir ki, aparıla

10:09 182
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

12:06 158
.

"Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOV

Qarabağın qədim tarixi ilə bağlı müzakirələr bu gün də davam edir.Tarixi mənbələrdə bölgənin müəyyən ərazilərinin Qafqaz Albaniyasının tərkibində olduğu göstərilir. Bəs Qarabağ-Albaniya əlaqələri hansı dövrə gedib çıxır və bu ərazilərin tarixi statusu necə olub?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

14:29 66
.

Qafqaz Alban irsi: Tarixi abidələrin mənşəyi necə müəyyənləşdirilməlidir?

"Qafqaz Albaniyasının tarixi-mədəni irsi ətrafında aparılan mübahisələrə diqqətlə yanaşmaq lazımdır. Çünki söhbət təkcə ayrı-ayrı dini abidələrdən deyil, bütövlükdə Cənubi Qafqazın qədim tarixinin hansı əsaslarla təqdim edilməsindən gedir". Bunu "Səs" qəzetinin baş redaktoru, siyas

12:03 140
.

Yeni operatorun gəlişi mobil rabitə qiymətlərinə necə təsir edə bilər?

"Mobil telekommunikasiya bazarına yeni operatorun daxil olmasının qarşısında duran əsas maneələri bir neçə istiqamətdə ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamen

12:55 152
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

12:27 141
.