Şekspirin kəllə sümüyü məzarından niyə oğurlanıb? - SƏBƏBLƏR
Arxeoloqlar hesab edirlər ki, məşhur dramaturq Uilyam Şekspirin kəllə sümüyü onun qəbrindən oğurlanıb, baxmayaraq ki, məzar daşında yazılmış "lənət" belə bir addımdan çəkindirməli idi.
Uilyam Şekspir – tarixdəki ən tanınmış dramaturqlardan biri – 1616-cı ildə Stratford-apon-Eyvonda Müqəddəs Üçlük kilsəsində dəfn olunub. Onun məzar daşında sümüklərinin köçürülməsini yasaqlayan bir "lənət şeiri" həkk olunub. Lakin son araşdırmalar göstərir ki, bu lənət, çox güman, məzar qarətçilərini qorxutmayıb.
Bu barədə Lent.az xarici mənbəyə istinadən məlumat verir.
Məzar daşındakı yazı bu günədək yaxşı qorunub saxlanılıb:
"Əziz dost, İsanın xatirinə saxla özünü, burada möhürlənmiş torpağı qazma. Bu daşlara toxunmayan xeyir-dua qazanar, sümüklərimi narahat edən isə lənətə gələr".
Arxeoloqların sirli kəşfi
2016-cı ildə Staffordşir Universitetindən arxeoloqlar Şekspirin qəbrini georadar vasitəsilə skan ediblər və müdaxiləyə işarə edən əlamətlər aşkar ediblər. Uzun müddət hesab olunurdu ki, Şekspir və onun həyat yoldaşı Enn Heteuey böyük bir yeraltı sərdabədə dəfn olunublar. Lakin araşdırmalar göstərib ki, onların qəbirləri daha dayazdır.
Araşdırmaya rəhbərlik edən arxeoloq Kevin Kollz bildirib ki, onlar Şekspirin baş tərəfinin yerləşməli olduğu hissədə qəribə bir şey müşahidə ediblər:
"Biz çox qəribə, adi olmayan bir şeylə rastlaşdıq. Topladığımız bütün məlumatlarda çox aydın görünürdü ki, məhz o yerdə başqa cür bir şey baş verib. Biz belə qənaətə gəldik ki, bu, müdaxilənin əlamətidir – yəni material qazılıb və sonra yenidən doldurulub", – deyə Kollz vurğulayıb.
Arxeoloqun sözlərinə görə, onlar qəbrin baş tərəfində "çox qəribə bir kərpic konstruksiyası" da tapıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia
08:55 116 Antiterror əməliyyatı və seperatizmə son qoyulması
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən
11:48 130 İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?
"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl
14:31 56 Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba
15.09.2026 240 "Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?
Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt
15.09.2026 263 David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ
"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan
11:52 177 Rus ordusu Olxovatkanı işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Olxovatka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15.09.2026 237 "Rusiya hərbi bazasının çıxarılması müzakirə edilə bilər" - İrəvandan açıqlama
Gümrüdəki Rusiya hərbi bazasının Ermənistan üçün baha başa gəldiyi iddia edilir. xəbər verir ki, "Sputnik"in Telegram kanalında yayılan məlumata görə, bunu Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan bildirib. "Əgər onlar Rusiya hərbi bazasının çıxarılmasını istəyirlərsə, bun
11:11 130 Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
14:43 35