"Sosial şəbəkə asılılığı insanın həyat keyfiyyətini aşağı salır" - Psixoloq

"Sosial şəbəkə asılılığı insanın həyat keyfiyyətini aşağı salır" - PsixoloqSon illər sosial şəbəkələrin istifadəsi sürətlə artıb. Əvvəlcə sadəcə ünsiyyət və məlumat mübadiləsi üçün nəzərdə tutulan bu platformalar indi insanların gündəlik həyatının böyük hissəsini təşkil edir. Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdən həddən artıq istifadə asılılığa çevrilir və psixoloji problemlərə yol açır.

Klinik psixoloq Ramilə Qasımova mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında bildirib ki, sosial şəbəkə asılılığı beynin "mükafat sistemi" ilə sıx bağlıdır:

"İnsan telefonuna bildiriş gəldikdə və ya paylaşımına bəyənmə aldıqda beyində dopamin ifraz olunur. Bu, müvəqqəti sevinc hissi yaradır. Lakin zamanla insan bu hissi daha çox yaşamaq üçün şüursuz olaraq sosial şəbəkədə daha çox vaxt keçirməyə başlayır. Nəticədə real həyatdakı münasibətlər ikinci plana keçir, asılılıq formalaşır".

Psixoloqun sözlərinə görə, bu halın uzunmüddətli təsirləri ciddi ola bilər:
Sosial təcrid və təkliyə meyl
Özünü dəyərsiz hiss etmə
Konsentrasiya və yaddaş problemləri
Yuxu pozuntuları
Həddindən artıq müqayisə nəticəsində özünə inamın azalması

O qeyd edib ki, xüsusilə yeniyetmələr və gənclər sosial şəbəkələrdən daha çox təsirlənirlər:
"Gənc yaş dövründə şəxsiyyət formalaşır. Bu mərhələdə davamlı olaraq başqaları ilə müqayisə aparmaq, təsdiq axtarmaq özgüvəni zəiflədir. Sosial şəbəkələrdəki idealizə olunmuş görüntülər reallıqla üst-üstə düşmədiyi üçün psixoloji gərginlik yaradır.

Mütəxəssis sosial şəbəkə asılılığından qorunmaq üçün:
Telefon və sosial şəbəkələr üçün gündəlik vaxt limiti qoymaq
Gecə yatmazdan ən az 1 saat əvvəl sosial şəbəkədən uzaq durmaq
Vaxtı daha faydalı fəaliyyətlərə – idman, kitab oxuma və ünsiyyətə sərf etmək
Real münasibətləri möhkəmləndirmək və ünsiyyətdə daha çox "üzbəüz" olmağa çalışmaq

Əgər insan sosial şəbəkədən ayrıldıqda güclü narahatlıq, əsəbilik və ya boşluq hissi yaşayırsa, artıq bu, asılılıq əlamətidir. Belə vəziyyətdə mütləq psixoloq dəstəyinə müraciət etmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

15.11.2026 188
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 200
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 369
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

15.11.2026 182
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15.11.2026 178
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

15.11.2026 304
.