Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən "Rəqəmsal məktəb" sistemi tətbiq ediləcək

Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən "Rəqəmsal məktəb" sistemi tətbiq ediləcəkYeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən məktəblərdə kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılması təhsil sistemində mühüm yenilikdir. Bu qərar sadəcə bir texniki dəyişiklik deyil, əslində, idarəetmənin müasirləşməsi, şəffaflığın təmin edilməsi və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından strateji addımdır. İndiyədək müəllimlər eyni məlumatı həm kağız, həm də elektron formada doldurmaq məcburiyyətində qalırdılar ki, bu da əlavə vaxt itkisinə, bəzən də qeyri-dəqiqliklərə səbəb olurdu. Artıq bütün proses vahid platforma üzərindən aparılacaq və bu, müəllimlərin iş yükünü yüngülləşdirməklə yanaşı, idarəetmədə çevikliyi artıracaq.

Statistik məlumatlar göstərir ki, yalnız Bakı şəhərində 500 mindən çox şagird təhsil alır və bu, minlərlə sinif deməkdir. Hər bir sinif üçün illik jurnallar çap olunması on minlərlə kağız dəftərin istifadəsi ilə nəticələnirdi. Hər bir jurnalın orta hesabla 200 səhifə olduğunu nəzərə alsaq, ildə yüz minlərlə vərəq çap edilirdi. Bu, həm maliyyə baxımından əlavə xərc idi, həm də ekoloji baxımdan ciddi yük yaradırdı. Rəqəmsal jurnal tətbiqi ilə bu xərclərə qənaət olunacaq, resursların istifadəsi daha səmərəli olacaq. Əlavə olaraq, müəllimlər kağız doldurmağa sərf etdikləri vaxtı dərsin keyfiyyətinə həsr edə biləcəklər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 29-cu maddəsində qeyd edilir ki, təhsil müəssisələrinin idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təmin olunmalıdır. Elm və Təhsil Nazirliyinin bu qərarı həmin qanunun müddəalarının icrası baxımından tam əsaslıdır. Burada yalnız texnologiyanın tətbiqi deyil, eyni zamanda təhsil prosesində valideynlərin məlumatlandırılma hüququnun təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Artıq valideynlər övladlarının davamiyyətini, qiymətlərini və məktəbdəki fəaliyyətini operativ şəkildə izləyə biləcək, məlumat üçün müəllim və ya direktorun subyektiv münasibətindən asılı olmayacaqlar. Bu da təhsil prosesində müdaxilələri azaldacaq və valideyn–məktəb münasibətlərini daha şəffaf edəcək:
Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən "Rəqəmsal məktəb" sistemi tətbiq ediləcək"Dünya təcrübəsinə nəzər salanda görürük ki, bu addım zamanında atılıb. Estoniyada "eKool" sistemi uzun illərdir tətbiq olunur və valideynlər, müəllimlər, şagirdlər bütün prosesləri onlayn izləyirlər. Finlandiyada və Sinqapurda da kağız jurnal anlayışı çoxdan aradan qaldırılıb və tədris nəticələri yalnız elektron platformalarda qeydə alınır. Bu ölkələrdə valideynlər övladlarının dərsə davamiyyətini və qiymətlərini hər gün izləyə bilir, müəllimlər isə artıq inzibati işlərə deyil, pedaqoji fəaliyyətə daha çox vaxt ayırırlar. Azərbaycan da bu istiqamətdə addım ataraq dünya təcrübəsinə uyğunlaşır və təhsil sistemini rəqəmsal transformasiyanın bir parçasına çevirir.

Müsbət tərəflərin içində ən diqqətəlayiq olanı vaxta qənaətdir. Müəllimlərin inzibati yükü azalacaq, onlar daha çox dərsin məzmununa və şagirdlərlə işləməyə fokuslana biləcəklər. Valideynlər operativ qiymətlərdən və davamiyyətdən xəbərdar olacaq, məktəbdə baş verən proseslərdən kənarda qalmayacaqlar. Ən əsası isə bu sistem müdaxilələrin qarşısını alacaq. Əvvəllər bəzi hallarda jurnallara qeyri-qanuni müdaxilələr olur, qiymətlər dəyişdirilir, nəticələr manipulyasiya edilirdi. "Rəqəmsal məktəb" platformasında isə bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanılacaq, müəllimlər, valideynlər və məktəb rəhbərliyi eyni anda eyni məlumatı görəcək. Bu, həm hesabatlılıq, həm də obyektivlik baxımından mühüm addımdır.

Bununla yanaşı, etiraf edilməlidir ki, bu prosesdə bəzi çətinliklər də ola bilər. İnfrastruktur bütün məktəblərdə eyni səviyyədə deyil, xüsusilə internetin keyfiyyəti bəzi yerlərdə zəifdir. Həmçinin yaşlı müəllimlərin bir qismi rəqəmsal bacarıqlarda çətinliklər yaşaya bilər. Lakin Elm və Təhsil Nazirliyi son illərdə müəllimlər üçün rəqəmsal bacarıqlar üzrə təlimlər təşkil edir, məktəblərin texniki təminatını gücləndirir və bu istiqamətdə paralel işlər aparır. Bu, onu göstərir ki, islahat yalnız qərar yox, eyni zamanda icra mexanizmləri ilə də dəstəklənir.

Ümumilikdə, rəqəmsal jurnallara keçid təhsil sistemində idarəetmənin müasirləşməsi, şəffaflığın artırılması və valideynlərin prosesə daha çox cəlb olunması baxımından çox müsbət bir addımdır. Elm və Təhsil Nazirliyi bu qərarla göstərdi ki, yalnız ənənəyə bağlı qalmaqla deyil, müasir çağırışlara cavab verən islahatlarla təhsilin keyfiyyətini yüksəltməyə çalışır. Bu islahat həm müəllimlərin iş yükünü yüngülləşdirəcək, həm valideynləri prosesə daha yaxın edəcək, həm də ümumilikdə təhsil sisteminin rəqəmsal transformasiyasına mühüm təkan verəcək. Nazirliyin bu sahədə atdığı addım tərifəlayiqdir və gələcəkdə təhsilin inkişafına real təsir göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1840   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İrəvandan Aİİ ilə bağlı açıqlama: "Belə bir mexanizm yoxdur"

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması üçün mexanizm yoxdur. xəbər verir ki, -ın məlumatına görə, bunu Ermənistan Milli Assambleyasının (parlament) sədri Ruben Rubinyan bildirib. "Belə bir mexanizm yoxdur. Süni maneələr yaradıla bilər, lakin bu, tərəfdaşlar tərəfindən qeyri-dos

11:25 103
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

11:50 109
.

Lavrov ABŞ-da Rubio ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikal

15.09.2026 221
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

10:00 124
.

Qiymətləndirmə nə üçün vacibdir? - Əmlakın real dəyərini bilmək niyə önəmlidir

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasına imkan verən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

12:26 14
.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ

15.09.2026 340
.

Əliyevdən Bakıdan dünyaya mesaj: "Türk dünyası birlikdə olduqda heç kim bizə toxuna bilməz"

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türk dünyası, Qafqaz və İslam aləmi üçün birlik çağırışı edib: "Birliyimiz hər birimizi gücləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda dini liderlər və fikir adamları ilə keçirdiyi görüşdə təkcə Azərbaycanın deyil, türk dünyası və İslam coğrafiyasını

10:46 117
.

Qərbin Rusiyaya sanksiyaları Qırğızıstan iqtisadiyyatını böyüdür

Qırğızıstan iqtisadiyyatının 2025-ci ildə 11 faiz artacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəblərindən biri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda ölkə üzərindən malların Rusiyaya təkrar ixracının artmasıdır. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzet

10:48 97
.

İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMA

"Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdığı bir dövrdə, artıq 22-cisi təşkil olunan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərinə Ermənistan hakimiyyətinin kəskin reaksiyası qəbuledilməzdir. Təhlillər göstərir ki, aparıla

10:09 157
.