Müasir dövrdə uşaqların anlamasında geriləmə: səbəblər və həll yolları
Müasir dövrdə uşaqların anlama və qavrama bacarıqlarında geriləmə müşahidə olunur. Bəs bunun səbəbləri nələrdir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixo-pedaqoq Gülbəniz Seyidova bildirib ki, telefon və planşetlərdən hədsiz istifadə uşaqların diqqət davamlılığını qısaldır və dərin düşünmə, oxuma vərdişlərini zəiflədir:
"Uşaqlarda oxuma mədəniyyətinin azalması da ciddi problemdir. Kitab oxumaq yerinə ekran qarşısında vaxt keçirmək söz ehtiyatının və anlama bacarığının zəifləməsinə səbəb olur. Bu isə qaçınılmaz olaraq uşaqların qavrama qabiliyyətinə təsir göstərir. 3 yaşına qədər uşaqları texniki vasitələrdən uzaq tutmaq vacibdir", – deyə mütəxəssis əlavə edib.
Gülbəniz Seyidova həmçinin vurğulayıb ki, ailə içi ünsiyyətin azlığı və valideynlərin məşğul iş rejimi uşaqların dil və qavrama bacarıqlarına mənfi təsir göstərir. Təhsil sistemində imtahanların test üsulu ilə keçirilməsi də uşaqlarda anlama problemlərini dərinləşdirir.
Mütəxəssis valideynlərə tövsiyə edir ki, uşaqlarını planşet və kompüterdən uzaq tutaraq kitab oxumağa təşviq etsinlər, oxumaq üçün xüsusi saatlar müəyyən etsinlər və sual-cavab əsaslı təhsilə üstünlük versinlər. Ailə içi söhbətlər, mövzu müzakirələri uşaqların qavrama bacarığını gücləndirəcək.
"Uşaqların anlamasındakı geriləmə müasir dövrün problemi kimi görünsə də, düzgün yönləndirmə ilə aradan qaldırıla bilər. Əsas məqsəd uşaqlara bilgi yükləmək deyil, onların düşünmə və sorğulama bacarıqlarını inkişaf etdirməkdir", – deyə Gülbəniz Seyidova qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1179 Tarix: 04 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMerz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır
Almaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib. xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərin
15.09.2026 225 Qərbin Rusiyaya sanksiyaları Qırğızıstan iqtisadiyyatını böyüdür
Qırğızıstan iqtisadiyyatının 2025-ci ildə 11 faiz artacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəblərindən biri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda ölkə üzərindən malların Rusiyaya təkrar ixracının artmasıdır. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzet
10:48 92 Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?
"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib
15.09.2026 261 Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ
Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə
15.09.2026 262 İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15.09.2026 324 Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini
15.09.2026 265 Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
11:50 88 Moskva açıqladı: Ermənistan Rusiya hərbi bazasının çıxarılmasını istəməyib
Moskva 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı heç bir sorğu almayıb. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib. Diplomat vurğulayıb ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasını
11:21 92 "Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı
"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj
12:06 14