1939-cu ildən sonra doğulanlara pis xəbər: 100 yaşına çatmaq çox çətindir
XX əsrin tibbi irəliləyişləri insan ömrünü nəzərəçarpacaq dərəcədə uzadıb. Lakin yeni aparılan genişmiqyaslı araşdırma göstərir ki, bu artımın sürəti son nəsillərdə əhəmiyyətli dərəcədə zəifləyib və bu gün həyatda olan insanların böyük əksəriyyətinin 100 yaşına çatması real ehtimal sayılmır.
Qaynarinfo xəbər verir ki, tədqiqat 23 inkişaf etmiş ölkənin həyat gözləntilərini müqayisə edib. 1939–2000-ci illər arasında doğulan nəsillərin ömür uzunluğu araşdırıldıqda məlum olub ki, artım tempi əvvəlki dövrlərə nisbətən 40 faizdən çox zəifləyib. XX əsrin əvvəllərində bir nəsil üçün orta hesabla ömür uzunluğu 0,46 il artdığı halda, sonrakı illərdə bu dinamika xeyli zəifləyib.
Səbəblər
Elm adamları bu prosesin əsasən uşaq ölümü göstəricilərindəki yaxşılaşmanın dayanması ilə bağlı olduğunu bildirirlər. Keçmişdə pediatriyada əldə edilən uğurlar sayəsində 5 yaşdan aşağı ölüm halları kəskin azalmışdı. Hazırda bu göstəricilər çox aşağı səviyyəyə endiyi üçün eyni sıçrayışın təkrarlanması mümkün görünmür.
Bundan əlavə, 20 yaşadək ölüm halları da ömür uzunluğunun artım tempində mühüm rol oynayır.
100 yaş real hədəfdir?
Araşdırmanın müəlliflərindən Hektor Pifarre Arolas vurğulayıb: "İnsan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq böyük bir tibbi irəliləyiş olmadığı halda, həyat gözləntilərinin keçmişdəki qədər sürətlə artması real görünmür".
Digər müəllif Xose Andrade isə əlavə edib ki, 1980-ci ildə doğulan bir şəxsin 100 yaşına çatması indiki göstəricilərə əsasən mümkün sayılmır.
Bununla belə, alimlər qeyd edirlər ki, gələcəkdə baş verə biləcək tibbi inqilablar – məsələn, xərçəngin tam müalicəsi – bu proqnozları dəyişə bilər.
Bioloji sərhəd varmı?
Araşdırma insan ömrünə dair bioloji həddin olub-olmadığını təsdiqləmir, yalnız mövcud məlumatlara əsasən nəsillərin gözlənilən ömür müddətini təhlil edir. Nəticələr göstərir ki, ömür uzunluğu hələ də artır, lakin əvvəlki dövrlərə nisbətən çox daha yavaş templə.
Başqa sözlə, uzunömürlülük hələ də mümkündür, amma 100 yaşına çatmaq əksəriyyət üçün istisna olaraq qalacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 865 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
18:45 1 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
12:45 183 Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala
11:30 284 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı
Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə
17:50 50 Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd
16:06 133 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
15:57 148 İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd
13:12 175 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
16:56 148 Yağış yağacaq
Sentyabrda 8-də yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündü
12:47 170