11 gün yatmayan insana nələr olub?
1960-cı illərdə aparılan bir eksperiment bu gün də yuxu mütəxəssislərinin marağına səbəb olur. Eksperimentin iştirakçısı öz gücünü sınamaq istəyən bir yeniyetmə idi. Kaliforniyadan olan 17 yaşlı məktəbli Rendi Qardner məqsəd qoydu ki, 264 saat, yəni düz 11 gün yatmadan qalsın.
Bu barədə Lent.az məlumat verir:
Eksperiment həkimlər və alimlərin nəzarəti altında aparılırdı. Artıq üçüncü gündən Rendidə nitqin pozulması və hərəkətlərin koordinasiya edilməsində çətinliklər yaranmışdı. Beşinci gün yaddaş itkisi və halüsinasiyalar baş verdi. O, əşyaları səhv salır, harada olduğunu unudur və diqqətini toplamaqda çətinlik çəkirdi. Buna baxmayaraq, Rendi təcrübəni davam etdirdi. Onun güclü iradəsi və komandasının dəstəyi sayəsində sınaq sona qədər aparıldı. Eksperiment bitdikdən sonra Rendi təxminən 14 saat yatdı. Həkimlərin sözlərinə görə, orqanizmi yavaş-yavaş bərpa olunmağa başladı və ciddi nəticələr olmadı. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə sınaqlar son dərəcə təhlükəlidir və təkrar edilməməlidir. Çünki uzun müddət yuxusuz qalmaq psixikanı ağır şəkildə poza bilər. Sonrakı elmi araşdırmalar göstərdi ki, yuxusuzluq zamanı beynin müəyyən hissələri "sönür" və insan bəzi funksiyalarını müvəqqəti itirə bilir.
Bundan əlavə, immunitet zəifləyir, reaksiyalar ləngiyir və emosional sabitlik azalır. Hətta 24 saatdan çox yatmamaq belə düşünmə qabiliyyətinə mənfi təsir göstərir. Müasir mütəxəssislər böyüklərə gündə 7-9 saat yatmağı tövsiyə edirlər. Yuxu rejiminin pozulması xroniki yorğunluq və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Rendi Qardnerin təcrübəsi insan orqanizminin imkanlarını göstərdi, amma eyni zamanda sağlamlıq üçün yuxunun nə qədər vacib olduğunu da bir daha sübut etdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 818 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
15.11.2026 176 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184