Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib - Maraqlı hadisə
Hazırda 78 yaşında olan Kraliça Kamilla yeniyetməlik dövründə qatarda naməlum bir kişi tərəfindən cinsi qısnamaya məruz qalıb. Lakin o, cəsarətli şəkildə müdafiə olunaraq hücumçunu zərərsizləşdirə bilib. Kamilla ayaqqabısını çıxararaq dabanı ilə kişinin qasıq nahiyəsinə zərbə endirməklə xilas olmağı bacarıb.
Ölkə.az xəbər verir ki, bu hadisə "Güc və Saray" adlı kitabda yer alıb.
Hadisə ötən əsrin 1960-cı illərində baş verib. O zaman gələcək kraliçanın təxminən 16–17 yaşı olub. Kamilla Paddinqtona gedən qatarda sakitcə öz işi ilə məşğul olarkən, naməlum bir kişi onun yanında əyləşərək əl-qol atmağa başlayıb.
Qeyd olunur ki, Kamilla bu əhvalatı 2012-ci ildə, İngiltərənin keçmiş baş naziri Boris Conson hələ London meri olarkən və zorlama qurbanlarına dəstək məqsədilə yeni mərkəzlər açmağa hazırlaşdığı dövrdə ona danışıb.
Conson hadisənin davamını soruşduqda, Kamilla belə cavab verib:
"Anamın mənə öyrətdiyini etdim: ayaqqabımı çıxardım və onu dabanları ilə vurmağa başladım".
Qatar Paddinqtona çatdıqda, Kamilla sakitcə enərək bir polis məmuruna müraciət edib, hücum barədə məlumat verib və həmin şəxsin həbs olunmasını tələb edib.
Bu travmatik təcrübəyə baxmayaraq, Kraliça Kamilla hadisə haqqında nadir hallarda açıq danışır. O, diqqətini zorakılığın digər qurbanlarına yönəltməyə üstünlük verir.
Qeyd edilir ki, illər ərzində Kamilla cinsi və məişət zorakılığı ilə mübarizədə aparıcı fiqura çevrilib. Xüsusilə, Kornuoll hersoginyası olaraq 2012-ci ildə zorlama və zorakılıqla mübarizə aparan bir təşkilat üçün qəbul təşkil edən kral ailəsinin ilk üzvü olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
15.11.2026 176 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184