İlin ikinci Ay tutulması olacaq

İlin ikinci Ay tutulması olacaqSentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.

BiG.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).

Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır.

Qanlı rəng Ay üfüqdə olarkən daha "dramatik" görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.

Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.

2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də "Qanlı Ay" tutulmasını canlı izləmək imkanı əldə edəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?

"MİDA mənzillərinin əldə olunması üçün nəzərdə tutulan güzəştli ipoteka proqramı vətəndaşlara daha sərfəli şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Proqram çərçivəsində ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək müəyyən edilə bilər

03.06.2026 713
.

Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - "Xəstəxanaya çatdırıldı"

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. "Qafqazinfo"nun məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb. Hakim Leyla Əsgərova Məmmədov

03.06.2026 202
.

İranın hücumları nəticəsində Küveyt hava limanına ziyan dəyib, uçuşlar dayandırılıb

Küveytin beynəlxalq hava limanı çərşənbə günü səhər İran raketləri və dronları tərəfindən zədələnib, hakimiyyət orqanları bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Küveyt dövlət xəbər agentliyi (KUNA) müdafiə nazirliyinə istinadən bildirib ki, hücum nəticəsində tibbi yardım alan "bir sır

03.06.2026 168
.

Müəllimə güzəşt vədi: Həqiqi dəstək, yoxsa görüntü?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq adı altında təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafındakı müzakirələr rəsmi vədlərlə real şübhələrin toqquşma nöqtəsinə çevrilib. Bu kartlar kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalarda

03.06.2026 143
.

Sibel Can özündən 11 yaş kiçik iş adamına ərə gedir

Türkiyəli məşhur müğənni Sibel Canın ailə qurmağa hazırlaşdığı ilə bağlı yenidən iddialar ortaya çıxıb. Axşam.az xəbər verir ki, ifaçı özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcək. Cütlüyün toyunun yayda Mayamidə olacağı deyilib. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir

03.06.2026 239
.

NATO baş katibi Kiyevə gəldi

NATO baş katibi Mark Rutte Kiyevə səfər edib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb

03.06.2026 98
.

Ətsiz qidalanma trendi: Fayda və risklər

"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki

03.06.2026 192
.

Aysel Manaflının "Eşqə xəyanət" mahnısı Youtube-dan niyə silindi?

Azərbaycanlı müğənni Aysel Manaflınin ifasında təqdim olunan "Eşqə xəyanət" mahnısı son günlər sosial şəbəkələrdə və musiqi platformalarında geniş müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, dinləyicilər tərəfindən maraqla qarşılanan mahnının qısa zamanda "YouTube" platformasınd

03.06.2026 218
.

Paltar geyinmədən bütün bədənini Dünya çempionatına gedən ulduzların şəkilləri ilə örtdü

Braziliyalı sosial media fenomeni Dünya çempionatında oynayacaq futbolçuların heç bir paltar geyinmədən çəkilmiş şəkillərini bədəninə yerləşdirib. Onun paylaşdığı fotolarda Türkiyə millisinin futbolçusu İsmayıl Yüksək də yer alıb. -ın xarici mediaya istinadla məlumatına görə, braziliyalı sosial medi

03.06.2026 177
.

TOP MP3