Xankəndidə qondarma rejimin "XİN"inin binası sökülür (VİDEO)
Sentyabrın 2-si Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən "Xarici İşlər Nazirliyi"nin binasının söküntüsünə başlanılıb.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.
Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər.
Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.
Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 737 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəlirlər artır, amma qiymətlər də yüksəlir
"Əməkhaqqının artırılması inflyasiyanın qarşısını almaq məqsədi daşımır. Əməkhaqqı artımı daha çox iqtisadiyyatın inkişaf tempi, məhsuldarlıq səviyyəsi və büdcə imkanları ilə bağlıdır". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib. O, qeyd edib ki, inflyasiya isə əsasən qiymə
15:38 154 Paşinyan: Heç kim Ermənistanı Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, heç bir qüvvə ölkəni Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz. xarici mediaya istinadən xəbər verir ki, Paşinyanın sözləri "İnterfaks" agentliyi tərəfindən yayımlanıb. "Bu mümkün deyil. Heç kim, hətta cəhd etsə belə, bizi Rusiyay
10:39 212 ABŞ Ticarət katibi Epşteynin adasına səfər etdiyini etiraf edib
ABŞ-ın Ticarət katibi Hovard Lutnik ailəsi ilə birlikdə amerikalı milyarder Ceffri Epşteynin şəxsi adasına səfər etdiyini etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Lutnik ABŞ Senatında keçirilən dinləmələr zamanı Epşteyni
10:24 200 Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
Bu gün Bakıya ailəsi ilə gələn ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin xanımı ilə fotosu dünya mediasını bəzəyib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin ikinci xanımının həyat yoldaşı ilə səmimi anları Bakı aeroportunda lentə alınıb. Sözügedən fotonu təqdim edirik:
10.02.2026 163 Milli Məclis asbest və asbest tərkibli materialların istifadəsini qadağan etdi
Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi rəsmi şəkildə qadağan edilir. Milli Məclisin qəbul etdiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna edilən dəyişikliklər çərçivəsində, asbest və asbest tərkibl
15:15 178 Doğranmış çörək bahalaşdı - Zavod çörəklərinin qiyməti də artacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda son günlər ərzaq bazarında müşahidə olunan qiymət artımı çörək sektorundan da yan keçmədi. Dünəndən etibarən doğranmış çörəyin qiymətinin bahalaşması alıcılar arasında suallar doğurub. İndi isə əsas müzakirə mövzusu zavod istehsalı olan çörəklərin də bahalaşıb-bahalaşmayacağıdır. Çörək ölkəd
11:28 331 Uzunmüddətli perspektivlərə malik Azərbaycan - ABŞ iqtisadi əlaqələri
Bir neçə gün əvvəl ABŞ Ticarət Palatasının nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox rəhbər şəxs daxil idi ki, onlar "Apple", "Ardea Energy Technologies Inc, "Ericsson AB", "ExxonMobil", "Herbalife"
12:57 241 Sabah hava necə olacaq?
Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə hava şəraitini
15:00 163 Pensiyalar 9,3% artır - orta aylıq artım nümunələri
"Orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq pensiyalarda da indeksləşmə və artım müşahidə olunacaq. Bu il pensiyaların artım faizi 9,3% təşkil edəcək. Başqa sözlə, pensiyalar orta hesabla bu qədər artacaq". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O, qeyd edib ki
15:19 191