Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
Artıq bir müddətdir ki, tələbə adını qazanan abituriyentlər bu uğurlarına görə sevinc içindədirlər. Onların arasında öz şirin canlarını vətən uğrunda vəda edən şəhidlərimizin əmanət övladları da var.
Şəhid müəllim Əvdil Quluyevin iki övladı da tələbə adını qazananlar arasındadırlar.
Ülvü Quluzadə bu il Beyləqan rayon Ə.Məmmədov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbindən məzun olub. O, bu il ali təhsil müəssisəsinə daxil olub:
"İxtisasım "Beynəlxalq münasibətlər"dir. Bu sahə mənə maraqlı gəldi. Özümü bu istiqamətdə inkişaf etdirəcəyimə və gələcəkdə faydalı işlər görə biləcəyimə inanıram. Bacımla birlikdə eyni vaxtda uğur qazanmaq bizim üçün xüsusi bir hissdir. Ailəmizə ikiqat sevinc bəxş etdik və bu bizi daha çox çalışmağa həvəsləndirir".
Ülvü bacısı ilə bu uğurlarını şəhid atasının ruhuna həsr etdiklərini qeyd edir və həmçinin abituriyentlərə də öz tövsiyələrini bildirir:
"Əminəm ki, atam bu gün mənim və bacımın uğurlarını görsəydi, çox fəxr edərdi. Onun xatirəsi bizə güc verir, uğurlarımızı onun ruhuna həsr edirik. Məktəb illərində dərslərimdə yaxşı nəticələrim olub. Müəllimlərimin etimadını qazanmaq və onların ümidini doğrultmaq mənim üçün elə ən böyük uğurdur.
Abituriyentlərə tövsiyəm budur ki, heç vaxt yorulmasınlar. Hər çətinliyin arxasında mütləq bir uğur var. Özlərinə inansınlar və hər gün bir addım irəli atsınlar. Mən düşünürəm ki, həyatımızda ən böyük güc elm və təhsildir. Gənclərə tövsiyəm budur ki, vaxtlarını boş yerə sərf etməsinlər, gələcəkləri üçün çalışsınlar".
Şəhidimizin daha bir əmanəti Nərmin Quluzadə bu il magistr adını qazanıb. O, mühasibatlıq üzrə magistr təhsili alacaq: "Seçdiyim sahə həm elmi, həm də praktiki baxımdan inkişaf üçün geniş imkanlar yaradır. Qardaşımın da bu il ali məktəbə qəbul olması ailəmiz üçün böyük sevinc oldu", - deyə əlavə edir.
Nərmin də qardaşı kimi bildirir ki, atası bu gün həyatda olsaydı, bu uğurları ilə çox qürurlanardı. Onun xatirəsini daim yaşatmaq və layiqli övlad olmaq onların ən böyük məqsədlərindən biridir.
Xatırladaq ki, Vətən müharibəsinin şəhid müəllimi Əvdil Quliyev 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2018-ci ildən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə" medallar və "Vətənə xidmətə görə" 3-cü dərəcəli orden ilə təltif edilib. (Mənbə: Azərbaycan müəllimi qəzeti)

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 980 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
"Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb". "Qafqazinfo"
15.09.2026 251 "Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov
"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ
15.09.2026 332 Əliyevdən Bakıdan dünyaya mesaj: "Türk dünyası birlikdə olduqda heç kim bizə toxuna bilməz"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türk dünyası, Qafqaz və İslam aləmi üçün birlik çağırışı edib: "Birliyimiz hər birimizi gücləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda dini liderlər və fikir adamları ilə keçirdiyi görüşdə təkcə Azərbaycanın deyil, türk dünyası və İslam coğrafiyasını
10:46 0 "Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara
15.09.2026 171 Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15.09.2026 273 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
15.09.2026 185 "Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül Nurullayeva
"Qarabağ və Şərqi Zəngəzur uzun əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olub. Bu ərazilərin zəngin tarixi-mədəni irsi bu gün də regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin 30 illik işğal dövründə Ermənistan mədəni irsi
10:26 147 Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15.09.2026 262 Rusiya-Ukrayna müharibəsində yeni gərginlik: enerji obyektlərinə zərbələr davam edir
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Ukraynanın da Rusiya ərazisindəki enerji obyektlərinə hücumları dayandırmağa hazırdır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin Zelenski bunun üçün Moskvanın konkret öhdəli
15.09.2026 206