Abşeronda uşaq bağçasında QALMAQAL - Azyaşlılara ət əvəzinə toyuğun dərisini kotlet edib verirlər?
Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasından şikayət var.
BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.
Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub:
"Yoldaşım əvvəllər bağçanın vəziyyətindən şikayət edib. Bu da Xədicə xanımın xoşuna gəlməyib. Nəticədə, hirsini balamın üstünə töküb. Qızımın qolundan tutub pilləkənlərdən çölə itələyib. Uşaq qorxudan ağlayırdı. Mən hadisə ilə bağlı Baş Prokurorluğa və Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, 66 yaşı var, amma hələ də müdir işləyir.
Davranışları uşaqlara uyğun deyil. Dövlətin verdiyi ərzaqları evinə aparır. Videolarım var, sübut edə bilərəm. Uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Kompot uşaqlara verilmir, onun evinə daşınır. Mən özüm hər gün uşağa bulka alıb çantasına qoyurdum ki, ac qalmasın. Bağçada istilik yoxdur, odun sobası yandırılır. Uşaqlar evdən təmiz gedir, qayıdanda isə his iyi gəlir. Qışda metlaxın üstündə gəzirlər. Bütün bunlara dözürdük, amma uşağımı ayaqyalın yemək vaxtı çölə atmasını heç cür bağışlamıram".
Bağça müdiri isə iddiaları təkzib edərək bildirib ki, onların müraciəti əsasında Baş Prokurorluq və Elm və Təhsil Nazirliyi yoxlama aparıb:
"İzahat alınıb. Hər şey aydınlaşdırıldı. Deyilənlərin heç biri təsdiqini tapmadı. Həmin şəxsin uşağı artıq bağçaya gəlmir, məktəbə hazırlığa gedir. Mənim onun uşağı ilə nə əlaqəm ola bilər? Qaydada yazılıb ki, uşaqlar saat 9-a qədər gətirilməlidir. Onlar isə uşağı 10-a işləmiş gətiriblər, müəllimlər də qəbul etməyib. Anası uşağın ayaqqabısını geyindirirdi, mən isə səs-küyə çıxanda, müəllimlər dedilər ki, vaxt keçib. Mən uşaq döyənəm?
Bundan əvvəl də həmin uşağı suçiçəyi ilə gətirmişdilər, müəllimlər isə yoluxma təhlükəsinə görə qəbul etməmişdilər.
Anasıgil 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konfet paylamaq istədilər, amma biz icazə vermədik. Çünki qaydaya görə, kənar məhsulu uşaqlara yedizdirmək olmaz. Nazirlik əməkdaşları da bağçaya gəldilər, vəziyyətlə tanış oldular. Deyildiyi kimi, menyuda problem yoxdur, uşaqlara normal yemək verilir. Mənim 66 yaşım var, amma qanuna görə, 70 yaşa qədər işləmək hüququm var. Əgər yeyinti etsəydim, 30 ildir burada işləməzdim. Mən hər gün 3 saat yol qət edirəm, avtobusla gedib-gəlirəm. Bağçada 30 ildir ki, odun sobası işləyir, bunu hamı bilir. Dövlət də bunun üçün odun ayırır. Bir sözlə, həmin valideynlər bizə şər atır, reallıqdan uzaq danışırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1220 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"
Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz
15.09.2026 219 Zaxarova: Ermənistanda Kilsəni təqib edənlər lənətlənəcəklər
Ermənistanda Kilsəni təqib edən siyasətçilər əbədi olaraq lənətlənəcəklər. xəbər verir ki, " müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Diplomat qeyd edib ki, Ermənistanda Kilsəyə qarşı təqiblərə yol verən siyasətçilər lənətlənəcəklər
11:06 31 Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?
Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq
15.09.2026 237 ABŞ İranın hərbi katerlərini vurdu - Hörmüz boğazında gərginlik artır
ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə İran katerlərinin Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd etməsindən sonra baş verib. ABŞ tərəfi katerləri
15.09.2026 336 Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini
15.09.2026 257 Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15.09.2026 233 Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ
Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə
15.09.2026 258 "Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?
Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt
15.09.2026 249 Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda
15.09.2026 188