"İlham Əliyevin "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı mühüm tarixi hadisədir" - Deputat
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri və "ŞƏT plyus" formatında Zirvə toplantısında iştirakı ölkəmizin qlobal miqyasda artan siyasi və iqtisadi çəkisini bir daha göstərən mühüm tarixi hadisədir. Xüsusən ölkəmizin yaratdığı yeni reallıqlar fonunda ŞƏT kimi platformalarda ölkəmizin mövqeyinə xüsusi diqqətlə yanaşılması regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi baxımdan çox önəmlidir. Eyni zamanda ölkəmizin mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi kimi məsələləri əhatələyən mövqeyinin yeni geosiyasi reallıqlarda ŞƏT kimi nəhəng ərazi, əhali və iqtisadi potensiala malik coğrafiyada bəyan olunması baxımdan tarixi fürsət sayıla bilər. Təsadüfi deyil ki, möhtərəm Prezident də bu fürsəti real imkanlara çevirərək ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Çin kimi supergüclə strateji tərəfdaşlıq qurulmasına nail oldu".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.
Deputat qeyd edib ki, cənab İlham Əliyev məhz Bakının təşəbbüsü olan Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevrilərək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəyini bildirməklə ölkəmizin sülhpərvər və əməkdaşlıq niyyətini nümayiş etdirdi:
"Eyni zamanda bu gün "ŞƏT plyus" formatında görüşdəki çıxışında dövlətimizin başçısı Azərbaycanın artan geosiyasi nüfuzunun və önəminin real mənzərəsini ortaya qoya bildi.
Prezident İlham Əliyev açıq formada bildirdi ki, "2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb". Yəni dövlət başçımız qətiyyətli formada göstərmiş oldu ki, Orta Dəhliz məhz Azərbaycan sayəsində Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu dəhlizlə bağlı yanlış düşüncələr, xüsusən Zəngəzur dəhlizinə hərbi məqsədli layihə donu geyindirmək istiqamətində məqsədli tezislərə də dövlət başçımızın "ŞƏT plyus" platformasındakı çıxışı sərt və geosiyasi əhəmiyyətli cavab oldu.
Qeyd olunanları, habelə Çinin Tiencin şəhərində təşkil olunmuş "ŞƏT plyus" Zirvəsi çərçivəsində keçirilən 10-dan artıq görüşün məzmununa diqqət etsək, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin "ŞƏT plyus" Zirvəsində iştirakı ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması istiqamətində ölkəmizin böyük həmləsi sayılmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15.09.2026 261 Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15.09.2026 237 Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba
15.09.2026 229 Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara
15.09.2026 252 ABŞ İranın hərbi katerlərini vurdu - Hörmüz boğazında gərginlik artır
ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə İran katerlərinin Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd etməsindən sonra baş verib. ABŞ tərəfi katerləri
15.09.2026 335 Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy
15.09.2026 318 Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"
08:00 0 "Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara
15.09.2026 171 İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə
15.09.2026 574