İlon Maskla bağlı YENİ QALMAQAL
İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti, keçmiş əməkdaşın Grok adlı çat-botla bağlı kommersiya sirrinə aid məlumatları oğurlayaraq rəqib şirkət OpenAI-ə ötürməsi iddiası ilə məhkəməyə müraciət edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xAI iddianı keçən həftənin cümə axşamı Kaliforniya federal məhkəməsinə təqdim edib. Sənəddə qeyd olunur ki, Xuechen Li adlı keçmiş əməkdaş avqust ayının əvvəlində ChatGPT-nin təklif etdiklərindən üstün funksiyalara malik qabaqcıl süni intellekt texnologiyaları ilə bağlı konfidensial məlumatları oğurlayıb və həmin gizli məlumatlardan OpenAI-dəki yeni işində istifadə etmək niyyətində olub.
Dəqiqləşdirilmiş məlumata görə, OpenAI bu işdə cavabdeh deyil. İddiada göstərilir ki, Xuechen Li ötən il xAI şirkətində mühəndis kimi işləməyə başlayıb. Onun vəzifə dairəsinə Grok-un təlimi və hazırlanmasında iştirak daxil olub. xAI iddia edir ki, Li iyul ayında OpenAI-dən iş təklifi qəbul etdikdən və xAI-dakı səhmlərini 7 milyon dollara satdıqdan sonra şirkətin kommersiya sirlərinə çıxış əldə edib. İddiada qeyd olunur ki, bu məlumatlar OpenAI-yə ChatGPT məhsulunu gücləndirməyə, ona daha innovativ süni intellekt və xAI-a məxsus orijinal funksiyalar əlavə etməyə kömək edə bilər.
İddiada həmçinin qeyd olunur ki, Li 14 avqust tarixində keçirilmiş görüş zamanı şirkətə məxsus faylları oğurladığını və izləri itirməyə cəhd etdiyini etiraf edib, daha sonra isə onun cihazlarında gizlədiyi əlavə oğurlanmış materiallar aşkar edilib. xAI iddiasında göstərilməmiş məbləğdə pul kompensasiyasının ödənilməsini, həmçinin Li-nin OpenAI-də işləməsinə məhkəmə qadağası qoyulmasını tələb edir. Bu iddia Mask ilə OpenAI arasındakı münasibətləri daha da gərginləşdirib. Keçən il o, şirkətə və onun baş direktoru Sam Altman-a qarşı guya qeyri-kommersiya məqsədi ilə işləməkdən imtina etdiklərinə görə məhkəməyə müraciət etmişdi. Aprel ayında isə OpenAI Maska qarşı qarşılıqlı iddia qaldıraraq onu təqibdə ittiham edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 655 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kallas: Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir
Hörmüz boğazında təhlükəsizlik Avropa İttifaqı üçün prioritetdir. APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də Çin XİN rəhbəri Van İ ilə danışıqlarının yekununa dair yazıb. "İranın mülki gəmilərə hücumları və dah
02.04.2026 179 Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı ilin mart ayı ərzində 29 yoxlama aparılıb. xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilir ki, bunlardan 25-i özəl tibb müəssisəsi, 4-ü isə fiziki şəxs
02.04.2026 310 Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO - FOTOLAR
Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb. xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib. Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandi
02.04.2026 319 Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi
02.04.2026 269 PSJ "Real"dan onu almaq istəyir
Fransa çempionu PSJ İspaniya vitse çempionu "Real"ın fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. -ın xarici mediaya istinadən məlumatına görə, Fransa klubu 23 yaşlı futbolçunu yay transfer pəncərəsi zamanı transfer etmək istəyir. "Kral klubu" yalnız təklif əlverişl
02.04.2026 217 İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı
ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib
02.04.2026 218 Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj yaratdı
Egey dənizində baş verən zəlzələ zamanı Türkiyə və Yunanıstan səmasında görünən qeyri-adi işıq şüaları diqqəti cəlb edib. -ın xarici mediaya istinadən xəbərinə görə, görüntülər sosial mediada tez bir zamanda yayılsa da, mütəxəssislər bu fenomenin "zəlzələ işıqları" kimi tanınan nadir təbi
02.04.2026 340 12-dən sonra yatmaq: Bədəniniz hər dəqiqə üçün ağır bədəl ödəyir!
Məşhur türkiyəli mütəxəssis, Prof. Dr. Erkan Topuz gecə gec saatlarda yuxuya gedənlərə ciddi xəbərdarlıq edib. Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, məsələ sadəcə neçə saat yox, nə zaman yuxuya getməyinizdədir. Çünki Allah insan bədənini müəyyən bir ölçü və daxili saatla - ritmlə yaradıb. "Si
02.04.2026 193 KİV: Ukraynanın zərbələri nəticəsində Rusiyanın neft ixracı nəzərəçarpacaq dərəcədə azalıb
Ukraynanın zərbələri nəticəsində Rusiyanın neft ixracı nəzərəçarpacaq dərəcədə azalıb. Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukraynanın Rusiyanın liman infrastrukturu, boru kəmərləri və neft emalı zavodlarına endirdiyi zərbələr Moskvanın neft ixrac imkanların
02.04.2026 210