Si Szinpin: Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir

Si Szinpin: Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyirÇin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Szinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirib:

"Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır".

O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.

Szinpinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını açıq şəkildə dəstəkləməsi mühüm hadisədir. Prinsipcə Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki Çin–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bakı Pekinlə əməkdaşlıqda maraqlıdır. Çin özü də Azərbaycanın artan mövqeyini və yerləşdiyi Cənubi Qafqazın strateji əhəmiyyətini başa düşür. Xüsusilə Ermənistanla sülhün əldə edilməsinə çox az qalması, kommunikasiyaların açılması və sülhdən sonra yeni layihələr üçün perspektivlərin olması faktiki olaraq Bakını Pekin üçün əvəzsiz tərəfdaşa çevirir:

"Bu dəstək Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsidir. Çin uzun illərdir ki, "Bir kəmər – bir yol" təşəbbüsü çərçivəsində Mərkəzi Asiyadan Avropaya uzanan enerji və ticarət yollarını şaxələndirməyə çalışır. Azərbaycan isə bu prosesdə həm coğrafi, həm də siyasi baxımdan ideal mövqedə yerləşir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri Azərbaycanın logistika baxımından Çin üçün əvəzolunmaz tərəfdaş olduğunu göstərir. ŞƏT çərçivəsində bu cür əməkdaşlıqların institusional çərçivəyə salınması isə qarşılıqlı asılılığın daha da dərinləşməsinə səbəb olacaq.
Si Szinpin: Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyirBununla yanaşı, Azərbaycanın təşkilata tamhüquqlu üzv olması Çin üçün Qərb təsirinə qarşı regional balans yaratmaq baxımından da əhəmiyyətlidir. Pekin üçün ŞƏT həm də Qərbmərkəzli beynəlxalq təşkilatlara alternativ güc kimi çıxış edir. Azərbaycan isə uzun illərdir Qərb və Şərq arasında balanslı siyasət aparır. Belə bir dövlətin ŞƏT-ə üzv olması təşkilatın "yalnız anti-Qərb" görüntüsündən çıxmasına da yardım edə bilər.

Bakı son illərdə çoxqütblü dünya nizamı çərçivəsində yeni tərəfdaşlıqlar formalaşdırmağa çalışır. Qərb institutları ilə münasibətlərdə yaşanan gərginliklər, xüsusilə insan hüquqları və siyasi azadlıqlarla bağlı tənqidlər fonunda Azərbaycan daha çevik və sərbəst əməkdaşlıq formatlarına üstünlük verməyə meyil göstərir. ŞƏT isə bu baxımdan ideal bir platformadır. Bu, Azərbaycan üçün həm də siyasi manevr imkanlarını genişləndirir, çünki burada iştirak etmək NATO, Aİ və digər Qərb strukturlarına qarşı bir seçim deyil, paralel diplomatik oyun sahəsinin genişləndirilməsi deməkdir.

Çin liderinin bu cür açıq dəstək ifadə etməsi həm də Azərbaycan Prezidenti İlham Əliyev üçün böyük diplomatik qazancdır. Bu bəyanat Azərbaycanın beynəlxalq səviyyədə artan təsir gücünün və uğurlu balans siyasətinin göstəricisi kimi təqdim oluna bilər.

Bununla yanaşı, təşkilatın daxili strukturu və qərar qəbuletmə prosesi də Azərbaycanın bu platformadakı rolunu formalaşdıracaq. ŞƏT konsensus əsasında qərar qəbul edən bir qurumdur və bu, Azərbaycanın milli maraqlarını daha effektiv şəkildə müdafiə etməsinə imkan yarada bilər. Eyni zamanda bu format, Azərbaycanı regional münaqişələrin tənzimlənməsi və təhlükəsizlik məsələlərində də söz sahibi edə bilər. Məsələn, Ermənistanla münasibətlər kontekstində, Azərbaycan ŞƏT platformasında öz arqumentlərini daha geniş auditoriyaya çatdırmaq imkanı qazana bilər.

Bakının ŞƏT üzvlüyündə maraqlı olması həm də onun Zəngəzur (tranzit dəhlizi) ilə müqayisədə daha bir meqalayihəni gerçəkləşdirməsi üçün dividendlər gətirə bilər. Söhbət Transxəzər layihəsindən gedir. Bakı Pekinin iqtisadi, texnoloji və İran–Rusiya kimi destruktiv qonşularının mövqeyini balanslaşdıracaq siyasi çəkisinin fərqindədir. Transxəzər layihəsi gerçəkləşərsə, Bakının Vaşinqton və Pekin arasındakı balansı uzun müddət davam etdirməsi mümkündür. Bundan başqa, ticarət dövriyyəsi və enerji axını kimi məsələlərdən ciddi gəlir əldə edilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qərbin Rusiyaya sanksiyaları Qırğızıstan iqtisadiyyatını böyüdür

Qırğızıstan iqtisadiyyatının 2025-ci ildə 11 faiz artacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəblərindən biri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda ölkə üzərindən malların Rusiyaya təkrar ixracının artmasıdır. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzet

10:48 0
.

MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"

Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir? . Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-ni

15.09.2026 331
.

"Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül Nurullayeva

"Qarabağ və Şərqi Zəngəzur uzun əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olub. Bu ərazilərin zəngin tarixi-mədəni irsi bu gün də regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin 30 illik işğal dövründə Ermənistan mədəni irsi

10:26 125
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

15.09.2026 574
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15.09.2026 270
.

"Sovetski"də söküntü yerindən meyit tapıldı

Bakıda küçədən meyit tapılıb. xəbər verir ki, hadisə Yasamal rayonu, Ş.Rəhimov küçəsində (Sovetski) qeydə alınıb. Həmin küçədə söküntü gedən ərazidə 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

15.09.2026 320
.

Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır

Almaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib. xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərin

15.09.2026 219
.

Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…

Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara

15.09.2026 252
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15.09.2026 233
.