Tiencin görüşü: Ərdoğan–Paşinyan dialoqu və Azərbaycanın artan diplomatik çəkisi
Ərdoğan və Paşinyan bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Ərdoğanın sözlərinə görə, həmin görüşdə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülh yolunda atılan addımlar fonunda müzakirə olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ərdoğan–Paşinyan görüşünün Tiencində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti fonunda baş tutması təsadüfi deyil. Türkiyə həm regionun əsas güc mərkəzi, həm də Ermənistan üçün real təhlükəsizlik və iqtisadi alternativdir. Ankara uzun müddətdir İrəvana mesaj verir ki, Cənubi Qafqazda sabitliyin açarı Qarabağ məsələsinin tam həllindən və Azərbaycanın suverenliyinin tanınmasından keçir:
"Paşinyan isə Qərbə yaxınlaşmaq xəttini davam etdirsə də, Türkiyə ilə münasibətləri normallaşdırmağı İrəvan üçün "nəfəs yastığı" hesab edir. Ermənistanın iqtisadi çıxış yolları məhduddur və Türkiyə bazarı ilə sərhədlərin açılması ölkə üçün ciddi imkanlar yarada bilər. Ancaq bu prosesdə əsas şərt Azərbaycanın maraqlarının nəzərə alınmasıdır.
Görüşün təfərrüatının açıqlanmaması göstərir ki, hələlik tərəflər ictimaiyyət qarşısında radikal mövqelərdən yayınmaq istəyirlər. Ərdoğan diplomatiyada nəticə yönümlü yanaşmaya üstünlük verir və o, bu məsələni Bakının maraqlarını əsas götürərək dəyərləndirəcək. Paşinyan isə daxildəki müxalifət təzyiqlərinə baxmayaraq, regionda yeni reallığı qəbul etməyə məcburdur.
Nəticə olaraq, Tiencin görüşü Cənubi Qafqazda yeni danışıqlar mərhələsinin başlanğıcı ola bilər. Əgər Ermənistan real addımlar atarsa, bu dialoq həm Ankaraya, həm Bakıya, həm də ümumilikdə regiona fayda gətirəcək. Amma Paşinyanın tərəddüdləri davam edərsə, görüş sadəcə simvolik xarakter daşıyacaq. Bundan əlavə, Cənab Prezidentin Çin səfəri Azərbaycan diplomatiyasının yeni istiqamətlərini və artan çəkisini nümayiş etdirir. Bu səfər ilk növbədə siyasi baxımdan böyük əhəmiyyət daşıyır, çünki Bakı Pekinlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir. Çin dünyanın ikinci iqtisadi gücü kimi Azərbaycanın həm enerji, həm də nəqliyyat layihələrində vacib tərəfdaş ola bilər.
Səfər çərçivəsində keçirilən görüşlər Azərbaycanın "Bir Kəmər, Bir Yol" təşəbbüsündə rolunu daha da gücləndirdi. Xüsusilə Orta Dəhliz mövzusu iki ölkənin maraqlarının üst-üstə düşdüyünü sübut etdi. Bu, Azərbaycanın geoiqtisadi mövqeyini daha da möhkəmləndirir.
Digər tərəfdən, səfərdə nümayiş olunan protokol və qarşılanma mərasimi Azərbaycanın nüfuzunun artdığını göstərdi. Çin İlham Əliyevə xüsusi təmtəraqla yanaşmaqla Bakının regional lider statusunu təsdiqlədi. Bu, həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır ki, Azərbaycan artıq sadəcə xammal ixrac edən ölkə yox, qlobal əməkdaşlıqda mərkəzi oyunçudur.
Ümumilikdə, Çin səfərini Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurlu təzahürü kimi qiymətləndirmək olar. Bu səfər həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan Bakının güc mərkəzi statusunu bir daha nümayiş etdirdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 899 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQərbin Rusiyaya sanksiyaları Qırğızıstan iqtisadiyyatını böyüdür
Qırğızıstan iqtisadiyyatının 2025-ci ildə 11 faiz artacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəblərindən biri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda ölkə üzərindən malların Rusiyaya təkrar ixracının artmasıdır. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzet
10:48 0 MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"
Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir? . Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-ni
15.09.2026 331 "Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül Nurullayeva
"Qarabağ və Şərqi Zəngəzur uzun əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olub. Bu ərazilərin zəngin tarixi-mədəni irsi bu gün də regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin 30 illik işğal dövründə Ermənistan mədəni irsi
10:26 125 İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə
15.09.2026 574 Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15.09.2026 270 "Sovetski"də söküntü yerindən meyit tapıldı
Bakıda küçədən meyit tapılıb. xəbər verir ki, hadisə Yasamal rayonu, Ş.Rəhimov küçəsində (Sovetski) qeydə alınıb. Həmin küçədə söküntü gedən ərazidə 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır
15.09.2026 320 Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır
Almaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib. xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərin
15.09.2026 219 Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara
15.09.2026 252 Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?
Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq
15.09.2026 233