Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadə Türkiyədə xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. O bildirib ki, səhhətində yaranan problemə görə, xəstəxanaya getməli olub:
"Analizlərdən sonra gecəni xəstəxanada keçirtdim. Həkimim "Heç nə yoxdur, sadəcə 2 saat sizi yatıracağıq" dedi. Yəni, bunun adı "əməliyyatdır".
Vüsalə haqqında yazılan şərhlərə də cavab verib:
"Bəzən bilib-bilmədən bəxtəvərlik oxuyub nəfsini tökən, "Kaş onun yerində olaydım!" deyənlər. Onlara nə var, kefdədirlər dərdləri, sərləri yox kimi cılız yanaşmalar. Bu fikirlər təkcə mənim üçün deyil, sosial gündəmdə olan bir çoxları üçün səslənir. Mənim həyatımın marağında olanlar bir ayrı ordudur.
Heç kimin həyatında,qazancında, ruzusunda, azında, çoxunda gözüm olmayıb, öz kiçik dünyamda sevdiklərimlə, bir balamla xoşbəxt olmağa çalışmışam. Mənim də o qədər çatan-çatmayan tərəflərim olub ki, var da! Amma heç kimin yaşamına, heyatına baxıb köks ötürməmişəm. Allahımın mənə məsləhət bilib verdikləri ilə yetinmişəm və dünya malına heç vaxt "mənimdir" deməmişəm.
Hər dua edəndə deyirəm ki, "Allahım, sənin olanları mənim hansısa savabıma, xeyir əməlimə görə mükafat vermisən. Çünki mal-mülk də Allahındır! Necə ki, məktəbdə yaxşı oxuyub, yaxşı qiymət aldığımız kimi, gözəl həyatımız da Allahın hədiyyəsidir. Amma bunun bədəlini hərə bir cür verir, inanın ki, verir. 17 yaşımdan sağlamlığımla mübarizə aparıram. 23 ildir ki, hər səhər-axşam müalicə alıram, şikayət etmirəm, qismətim belədir. Allah birini alanda, başqasını verir. Mən yenə də Allahın ətəyindən əlimi üzmədim. Allahım məni sınadı.
Ana olmaq üçün hansı risklərdən keçdim. Nə gözəl ki də keçdim, minlərlə qadına stimul verib arzularının çiçək açmasına səbəb oldum. Çox şükür bu günə. Deməyim odur ki, həyat mücadilədir, bir savaşdır, biz də savaşçı, öz heyatınızın səngərində vuruşun, başqa səngərin nə enişi-yoxuşu var bilmirsiniz, nəfsinizin qurbanı olmayın. Hər kəs qismətinə yazılanı yaşayacaq. İnşallah ki, qismətimizə gözəl günlər yazılsın. Yazan, maraqlanan, nigaran qalan hər kəsə çox təşəkkür edirəm, minnətdaram.
Qeyd edim ki, böyrək problemi deyil. Kiçik bir kista yaranmışdı. Hər şey yaxşıdır və daha yaxşı olacaq. Əvvəlcə özünüzü sevin, sonra sizi var edənləri. Allaha əmanət olun".
Qeyd edək ki, Vüsalə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Anası ona bir böyrəyini verib. Aparıcının Dilək adlı bir qızı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1862 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 152 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli
15.11.2026 163 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
15.11.2026 200 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
15.11.2026 218 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
15.11.2026 176 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189