KİV: Tramp ABŞ podratçılarının Ukraynaya göndərilməsini müzakirə edir

KİV: Tramp ABŞ podratçılarının Ukraynaya göndərilməsini müzakirə edirABŞ Prezidenti Donald Tramp Avropa ölkələri ilə uzunmüddətli sülh nizamlanmasının bir hissəsi kimi ABŞ-nin özəl hərbi şirkətlərinin (PMC) Ukraynaya potensial olaraq yerləşdirilməsi planını müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

ABŞ hərbi podratçıları müdafiə xəttinin yenidən qurulması və gücləndirilməsi, ölkənin Ukraynadakı kommersiya maraqlarının qorunmasında iştirak edə bilər.

Nəşrin mənbələrinə görə, amerikalı muzdluların olması Kremli atəşkəsi pozmaqdan çəkindirəcək.

Bundan əlavə, Amerika podratçılarının Ukraynada olması Tramp administrasiyası tərəfindən Avropa güclərinə əhəmiyyətli dəstək kimi qiymətləndiriləcək. Ağ Ev daha əvvəl Ukraynaya sülhməramlı kimi ABŞ qoşunlarının göndərilməsi variantını istisna etmişdi.

"Financial Times" bir gün əvvəl yazmışdı ki, Tramp da Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ideyasını müzakirə edib, lakin Ağ Ev bunu təkzib edib.

"The Telegraph" və digər Qərb KİV-in yazdığına görə, sülh yolu ilə nizamlanma variantları arasında Avropa ölkələri Ukraynada 30 minə yaxın hərbçinin yerləşdirilməsini nəzərdən keçirir. Belə hazırlığı Böyük Britaniya, Fransa, Almaniya, Belçika, eləcə də Baltikyanı, Şimali Avropa və Skandinaviya ölkələri ifadə ediblər.

Bundan əlavə, planın bəndlərindən biri 40 kilometrlik bufer zonasının (hər iki cəbhə xəttində 20 kilometr - red.) yaradılmasını nəzərdə tutur. Ukrayna Prezidenti Volodimir Zelenski cavab olaraq bildirib ki, belə bir ideya ancaq müharibənin texnoloji vəziyyətini indi başa düşməyənlər tərəfindən təklif oluna bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığında

14:18 439
.

Yataq otağındakı elektrik "rozetkalarının" narahatedici olmasının SƏBƏBİ

Bir çox mənzil sahibi qəribə bir məqamı qeyd edir: guya təmir səliqəli aparılıb, amma yataq otağındakı "rozetkalar" yenə də narahatlıq yaradır. Səbəb dizaynda deyil, onların çox vaxt sağlam məntiqə zidd şəkildə yerləşdirilməsidir. xəbər verir ki, elektriklər etiraf edirlər ki, planlaşdırmaları

19:15 1
.

Paşinyan: Heç kim Ermənistanı Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, heç bir qüvvə ölkəni Rusiyaya qarşı hərəkətlərə məcbur edə bilməz. xarici mediaya istinadən xəbər verir ki, Paşinyanın sözləri "İnterfaks" agentliyi tərəfindən yayımlanıb. "Bu mümkün deyil. Heç kim, hətta cəhd etsə belə, bizi Rusiyay

10:39 214
.

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxanla fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, müğənni paylaşımına "Allah ailələri qorusun" qısa şərhini yazıb. Qeyd edək ki, cütlüyün iki övladı var

16:26 271
.

"Sən mənim ürəyimsən" - Qurbanovdan qızına təbrik-Video

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhra gəlin köçür. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntüləri fotoqraf Həmid Həmidli instaqram hesabında paylaşıb. "Allah səni xoşbəxt eləsin. Sən mənim ürəyimsən. Səni yola saldıq, amma həmişə qəlbimdəsən, ürəyimdəsən"

17:40 166
.

Saakaşvili yenidən məhkəmə qarşısında

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və müxalifət partiyalarının liderlərinin ittiham olunduğu təxribat və dövlət çevrilişinə çağırışlarla bağlı iş üzrə məhkəmə iclası keçiriləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə InterPressNews agentliyi məluma

10:56 272
.

Netanyahu bu gün Trampla görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib və prezident Donald Trump ilə görüşlər keçirəcək. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu səfərin əsas gündəmində İranla danışıqlar dayanır. Netanyahu İranın nüvə proqramı, ballistik raketlər və regiondakı təsirləri ilə bağl

16:18 150
.

Abşeronda dəmir parçası yeniyetmənin qarnını deşdi

Abşeronda dəmir yeniyetmənni qarnına batıb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 17 yaşlı Kənan Əsabalı oğlu Kərimov qəsəbə ərazisində yıxılıb və bədbəxtlikdən yerdə olan dəmir parçası onun qarnına batıb. Xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti orta-ağırdır. Araşdırma aparılı

18:30 30
.

"Best Model of Azerbaijan"ın direktoruna "stop" qoyulub

"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb. İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin

17:06 156
.

TOP MP3