KİV: İsrail iyunda iranlı komandirləri telefonla izləyərək öldürüb

KİV: İsrail iyunda iranlı komandirləri telefonla izləyərək öldürübİsrail hərbçiləri təhlükəsizlik qüvvələrinin mobil telefonlarından istifadə edərək İranın bəzi hərbi komandirləri və nüvə alimlərinin hərəkətlərini izləyərək onları öldürə bilib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, İranın kəşfiyyat aparatı İsrailin Tehranda prezident Məsud Pezeşkian da daxil olmaqla ölkənin yüksək rütbəli rəsmilərinin yerləşdiyi bunkeri bombalamasından sonra ciddi təhlükəsizlik qüsuru aşkar edib. İsrail "diqqətsiz istifadə" və sosial mediada mesajlar göndərən cangüdənlərin telefonlarını sındıraraq görüş yerini müəyyənləşdirib.

Qəzet yazır ki, bundan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei genişmiqyaslı təhlükəsizlik tədbirləri, cangüdənlərin sayının artırılması, "Meta" korporasiyasına məxsus olan "WhatsApp" da daxil olmaqla mobil telefon və messencerlərdən istifadənin qadağan edilməsi barədə göstəriş verib. Qeyd olunur ki, hakimiyyət orqanları İsrailin hərbi komandirlərin və alimlərin hərəkətlərini izləməsindən çoxdan şübhələniblər.

İsrail rəsmiləri, həmçinin bildiriblər ki, iranlı nüvə alimləri 2022-ci ilin sonundan nəzarət altındadır və onlara sui-qəsd ehtimalı 2024-cü ilin oktyabrında nəzərdən keçirilir. Bununla belə, Təl-Əviv ABŞ-nin keçmiş prezidenti Cozef Baydenlə gərginlikdən qaçmaq üçün əməliyyatı dayandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15.09.2026 336
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15.09.2026 256
.

Rusiya-Ukrayna müharibəsində yeni gərginlik: enerji obyektlərinə zərbələr davam edir

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Ukraynanın da Rusiya ərazisindəki enerji obyektlərinə hücumları dayandırmağa hazırdır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin Zelenski bunun üçün Moskvanın konkret öhdəli

15.09.2026 206
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

15.09.2026 282
.

"Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi"

"Həqiqətən də sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarının Prezident İlha

15.09.2026 173
.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15.09.2026 257
.

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

15.09.2026 317
.

"Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır"

"Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfər

15.09.2026 161
.

Qızıl və gümüş almaq istəyənlərin nəzərinə

Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini

15.09.2026 248
.