Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
Azərbaycan hökuməti tikinti sahəsində onlayn xidmətlərin mövcudluğu və etibarlılığını artırmaq məqsədilə yeni tədbirlər paketi hazırlayır.
"Report" xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Layihəyə əsasən, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi nəzərdə tutulur.
Portalda son 5 ili əhatə edən və ölkə ilə regionlar üzrə strukturlaşdırılmış statistik məlumatlar yerləşdiriləcək, icazə və müraciət göstəricilərinin fərqləndirilməsi təmin olunacaq.
Portalda reklam qurğularının tikintisinə və istismarına icazə üzrə ayrıca modul yaradılacaq. Bundan başqa, Naxçıvan Muxtar Respublikası üzrə icazə və məlumatlandırma icraatı modulu əlavə ediləcək, torpaqayırma modulu üzrə inteqrasiya təmin ediləcək.
Eyni zamanda, portalın təhlükəsizlik auditləri və səmərəlilik sınaqları həyata keçiriləcək. Portalın fiziki infrastrukturu "Hökumət buludu"nun ehtiyat mərkəzinə köçürüləcək.
Binaların informasiya modelləşdirilməsinə (BIM – Building Information Modeling) keçid tədbirləri davam etdiriləcək. Tikinti sahəsində peşəkarlıq reyestrinin yaradılması və onun vahid informasiya təminatı sisteminə inteqrasiyası üzrə təkliflər hazırlanacaq.
Bundan başqa, Milli Məkan İnformasiya Sisteminin formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Bu çərçivədə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün sənədlər toplusu hazırlanacaq, dövlət qurumları ilə razılaşdırılacaq, standartlar qəbul ediləcək və idarəedici struktur formalaşdırılacaq.
Qiymətləndirmə aparılacaq və maliyyələşmə ilə bağlı təkliflər Komissiyaya təqdim ediləcək.
Sənədin icra müddəti oktyabrın 1-dəkdir, bundan sonra isə proses növbəti dövrdə davam etdiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 645 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
15.11.2026 211 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15.11.2026 178 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
15.11.2026 195 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 201 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396