İcra başçısı buna görə şiddətli töhmət alıbmış...

İcra başçısı buna görə şiddətli töhmət alıbmış...Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

BiG.AZ Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.

Qeyd edək ki, O.Hüseynzadə açıqlama verərək şiddətli töhmət almasına münasibət bildirib:

"Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 981   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi

03.06.2026 163
.

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam. Uca Tanrıya dua edirəm ki

03.06.2026 188
.

Türkiyədə növbəti zəlzələ - Kahramanmaraş silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib. Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub. Təbii hadisə yerli vaxtla saat 13:12-də, təxminən 12 kilometr dərinlikdə qeydə alınıb. pizza sifarişi

03.06.2026 174
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

03.06.2026 211
.

Rusiya Ukraynanın əsas şəhərlərini aylar ərzində ən qanlı hücumlardan birinə məruz qoyub

Çərşənbə axşamı səhər saatlarında Moskva Ukraynaya ölümcül hücum edərək paytaxt Kiyev və mərkəzi Dnepr şəhərlərini vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu hücum aylardır ən ölümcül hücumlardan biri olub. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, gecə baş verən hücumda ən azı 23 nəfə

03.06.2026 193
.

Paşinyandan Volodinə cavab: Ermənistanın özündə işçi qüvvəsi çatışmır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə, xüsusilə tikinti sektorunda işçi qüvvəsi çatışmazlığının müşahidə olunduğunu bildirib və vətəndaşları xaricə deyil, ölkə daxilində iş axtarmağa çağırıb. Bizim.Media xəbər verir ki, Gegarkunik vilayətində keçirilən seçki kampaniyası zamanı çıxış edən Paşinya

03.06.2026 142
.

"30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir" - DEPUTAT

Ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb. xəbər verir ki

03.06.2026 160
.

Günəşin ürəyindəki ritm dəyişdi: Qlobal rabitə şəbəkələri təhlükə altındadır?

Günəş ilk baxışda sakit və sabit parlayan bir kürə kimi görünsə də, alimlər onun daxilində baş verən proseslərin getdikcə daha qeyri-adi xarakter aldığını bildirir. Helioseysmologiya adlanan xüsusi metod sayəsində 40 ilə yaxın müddətdə toplanan məlumatlar Günəşin daxili quruluşunda əvvəllər müşahid

03.06.2026 122
.

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr

03.06.2026 181
.

TOP MP3