Qorxu filmi kimi fəlakət ssenarisi: Fuji bir gün püskürsə, belə görünəcək (VİDEO)
Tokionun günorta vaxtı qaranlığa qərq olması, relsdən çıxan qatarlar, uçan damlar… Bunlar Yaponiya hökumətinin süni intellekt dəstəyi ilə hazırladığı və Fuji vulkanının mümkün püskürməsini təsvir edən videodan alınan görüntülərdir.
BiG.AZ xəbər verir ki, Fuji vulkanının yaxın vaxtda püskürəcəyinə dair heç bir əlamət yoxdur. Ancaq o, hələ də aktiv vulkandır və son püskürməsi 1707-ci ildə Hoei dövründə qeydə alınıb. Tokio Bələdiyyəsinin Fövqəladə Halların Qarşısını Alma İdarəsinin yayımladığı 10 dəqiqəlik video məhz həmin ölçüdəki püskürmənin simulyasiyasıdır.
Video küçədə gəzən bir qadının telefonuna gələn "Vulkan püskürdü" xəbərdarlığı ilə başlayır. Ardınca göyə qalxan nəhəng tüstü buludları göstərilir. İki saat ərzində külün Tokiyoya çatacağı, bunun həm sağlamlıq riskləri, həm də elektrik, nəqliyyat və ərzaq paylanmasında fasilələr yaradacağı vurğulanır.
Yaponiyanın "Vulkan Fəlakətlərinin Qarşısının Alınması Günü" münasibətilə hökumət də ayrıca simulyasiya yayıb və insanlara "real ssenariləri göz önünə gətirməyi" tövsiyə edib.
CNN-in məlumatına görə, hökumətin hesablamaları belədir: genişmiqyaslı püskürmə təxminən 1,7 milyard kubmetr vulkan külü hasil edəcək, bunun 490 milyon kubmetri yolları, binaları və digər əraziləri örtəcək. Bu küllərin təmizlənməsi zəruri olacaq.
Fuji vulkanının püskürməsinin iqtisadi zərərinin 2,5 trilyon yenə (təxminən 16,6 milyard ABŞ dolları) çatacağı proqnozlaşdırılır. Ssenarilərə görə, qatarların hərəkəti dayana bilər, logistika çətinləşər, gündəlik ehtiyac mallarına çıxış məhdudlaşar, külün ağırlığı altında elektrik xətləri qırılaraq geniş kəsintilərə səbəb ola bilər.
Yaponiyanın Fövqəladə Halların İdarəolunması üzrə dövlət naziri Manabu Sakai deyib: "Bir vulkan püskürəndə ölçülməz ziyan törədə bilər və cəmiyyətə ciddi təsirlər göstərə bilər. Hər kəsi keçmiş fəlakətlərdən nəticə çıxarmağa və öz hazırlığını yenidən gözdən keçirməyə çağırıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNATO baş katibi Kiyevə gəldi
NATO baş katibi Mark Rutte Kiyevə səfər edib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb
03.06.2026 152 Qızıl və gümüş ucuzlaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,46% azalaraq 4,499.1 ABŞ dollarına bərabər olub. COMEX-d
03.06.2026 140 Paltar geyinmədən bütün bədənini Dünya çempionatına gedən ulduzların şəkilləri ilə örtdü
Braziliyalı sosial media fenomeni Dünya çempionatında oynayacaq futbolçuların heç bir paltar geyinmədən çəkilmiş şəkillərini bədəninə yerləşdirib. Onun paylaşdığı fotolarda Türkiyə millisinin futbolçusu İsmayıl Yüksək də yer alıb. -ın xarici mediaya istinadla məlumatına görə, braziliyalı sosial medi
03.06.2026 271 Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - "Xəstəxanaya çatdırıldı"
Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. "Qafqazinfo"nun məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb. Hakim Leyla Əsgərova Məmmədov
03.06.2026 210 Fatih Terim Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd irəli sürüldü
Tanınmış idman şərhçisi Kaya Çilingiroğlu Türkiyə Futbol Federasiyasının (TFF) düşüncə tərzində köklü bir dəyişikliyə ehtiyacı olduğunu bildirib və təcrübəli məşqçi Fatih Terimin adını potensial namizəd kimi irəli sürüb. O, həmçinin "Fənərbaxça"nın prezidentlik yarışını tənqid edərək klubu
03.06.2026 183 Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
İntizamsızlığa görə "Qarabağ"ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos" klubu maraqlanır. Son mövsümü 4-cü pilləd
03.06.2026 221 Konsertdən qızıl üzük tapdı
Müğənni Aysel Əlizadə həmkarı Elçin Cəfərovun konsertində qızıl tapdığını deyib. Axşam.az xəbər verir ki, qızıl üzüyü paylaşıan sənətçi sahibini axtardığını bildirib. "Elçin Cəfərovun konsertində birinci sırada üzük tapdım. Kiminsə nişan üzüyünə oxşayır. İstəyirəm baxılsın, kim itiribsə içindək
03.06.2026 277 Rusiya Ukraynaya hücumları artırdı: bölgədə gərginlik yenidən yüksəlir - POLİTOLOQDAN AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində gərginlik yenidən pik həddə çatıb. Son günlər Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev başda olmaqla bir sıra şəhərlərə həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə sakin yaralanıb. Ukrayna rəsmilər
03.06.2026 211 İranın hücumları nəticəsində Küveyt hava limanına ziyan dəyib, uçuşlar dayandırılıb
Küveytin beynəlxalq hava limanı çərşənbə günü səhər İran raketləri və dronları tərəfindən zədələnib, hakimiyyət orqanları bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Küveyt dövlət xəbər agentliyi (KUNA) müdafiə nazirliyinə istinadən bildirib ki, hücum nəticəsində tibbi yardım alan "bir sır
03.06.2026 170