ADMİU-nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)

ADMİU-nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktların üzə çıxdığını daha əvvəl xəbər vermişdik.

Universitetin Kinorejissorluq fakültəsinin məzunu Elmar Fərzəliyev Qaynarinfo-ya açıqlamasında "Tədris-film"in direktoru Elnur Mehdiyevin qurumdakı yeyintiləri ilə bağlı yeni faktlar olduğunu iddia edib:

"Universitetin Kinorejissorluq fakültəsini bitirmişəm. "Tədris-film"in ARKA-ya (Azərbaycan Respublikası Kino Agentliyi) təqdim etdiyi layihələrdən biri - "Düşmüş mələk" filmi mənimdir. Filmin çəkilişi fevral ayında yekunlaşdırılıb və təqdim olunub. "Düşmüş mələk" filmi mistik janrda çəkilib.

Bu film belə yarandı: bir gün Elnur müəllim gəldi və dedi ki, biz ARKA ilə əməkdaşlıq edəcəyik, onlar bizə filmlərin çəkilməsi üçün büdcə ayırır, siz də hazır senarinizi gətirin. Öncədən hazır olan senarilərimdən birini təqdim etdim, baxıb bəyəndilər. Başqa tələbələrə də təklif etdilər, amma onlar senari gətirmədi. Məndən başqa bir nəfər öz senarisini təqdim etdi. Elnur müəllim digər senariləri tələbələrin adı ilə guya onların öz senarisi kimi təqdim etdi. Məsələn, Yusif Quliyev adlı müəllimin senarisini bir tələbəyə verib, guya onun öz senarisi kimi göstərdi. Senarilərin hamısını Elnur müəllim özü seçmişdi.

Təqdim olunmasından iki il keçsə də, çəkiliş uzandı. Çəkiliş başlamadan öncə müəllimə smeta layihəsi verdim. Pulların köçürülməsinə gələndə, Elnur müəllim başqa cür davrandı. Təxminən 5-6 ay pullar köçürülmədi. Nə deyirdimsə, deyirdi ki, "mənə aidiyyatı yoxdur, get özün elə". Təxminən iki min manat öz cibimdən xərclədim, halbuki pulu o verməliydi. Həmin ərəfədə öyrəndim ki, Elnur müəllim ötən il tələbələrin çəkdiyi filmlərin hamısına şişirdilmiş maliyyə qiymətləri yazıb. Məsələn, tələbə 2000 manata film çəkib, amma ona 1500 manat köçürülüb. Əslində isə sənəddə layihənin daha baha başa gəldiyi göstərilib.

Mənim filmimin çəkilişi 3 gün çəkib, amma Elnur müəllim ARKA-ya bildirib ki, film 10 günə çəkilib. Mən ona dedim ki, film 3 gün deyil, 4-5 gün çəkə bilər, o isə dedi: "Mənə aidiyyatı yoxdur, 4-cü günə keçsə, onun xərclərini özün qarşılayacaqsan". Film bitdi və uzun aylardan sonra pullarımı ala bildim".

Elmar Fərzəliyev ikinci filmin çəkilişlərinə başlamaq istəyəndə, Elnur Mehdiyev maliyyənin olmadığını bildirib:

"İkinci filmdə mən ikinci rejissoram. Dedi ki, vəziyyət pisdir, film çəkə bilmirik. Mən tələbə olduğum halda dedim ki, borca pul taparam, təki film çəkilsin. Dedim ki, məni prodüser kimi yazın, qonarar almaram, amma prodüserin qonararını köçürərsiniz, götürdüyüm borcu onunla qaytararam. Direktor bir qəpik pul qoymur, tələbə borc tapır ki, film çəkilsin.

Anlaya bilmirəm, bu adam niyə prodüserdir, niyə onu "Tədris-film"ə direktor qoyublar? Ondan yaxşı iş görürəm, heç kəsi tanımır, bütün heyəti mən gətirmişəm. Onların hamısını işə mən gətirdiyimdən zərər çəkirəm, deyirlər: "Pul nə oldu, biz sizi tanıyırıq". İyunun əvvəlində çəkilən filmin pulları hələ də verilməyib. Kamal Müşfiq ARKA tərəfindən koordinator təyin edilib ki, kömək etsin. Əşyalarını lombarda qoyub, evdəki televizor və kompüteri də girov qoyub ki, filmlər çəkilsin. Elnur Mehdiyev isə yediyi pullardan iş üçün heç nə qoymur. İndi müsahibə verir ki, pul yoxdur. Pul yoxdursa, "Tədris-film" niyə var? Niyə sən onun direktorusan? Bütün dünyada sistem belədir ki, pulu prodakşn qarşılayır".

Elmar Fərzəliyevin sözlərinə görə, bu gün "Tədris-film"in ona təxminən iki min manat borcu var:

"Hərəyə bir yalan deyir. ARKA onlara pul köçürməyə hazırdır, amma "Tədris-film"in vergiyə 4000 manat borcu var. Buna görə də ARKA "Tədris-film"ə pul köçürə bilmir. Əgər pul köçürülsə, onlar da bizim borcu qaytarar. Direktor hələ indi bilir ki, onun vergi borcu var".

Elmar Fərzəliyev məhkəməyə müraciət edəcəyini bildirib:

"Mənim bu barədə qərarım belə olacaq – məhkəmə və qanun. Biz bunu belə qoymayacağıq. Şikayət edirik, amma baxan, dinləyən yoxdur. Ona görə məsələni qanunla həll edəcəyik".

"Tədris-film" kinostudiyasının direktoru Elmar Fərzəliyevin ittihamlarına cavabı qısa olub. O, Qaynarinfo-ya açıqlamasında deyib:

"Bizdə maliyyənin köçürülməsini gözləyirik. Maliyyə köçəndən sonra, bütün ödənişlər ediləcək".

Xatırladaq ki, bir müddət öncə saytımızda "Tədris-film"in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı" başlıqlı yazı dərc olunub. Yazıda ADMİU-nun nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktlar qeyd olunub.

Tələbələr bildirib ki, "Tədris-film" kinostudiyası ilə Kino Agentliyi arasında bağlanan müqaviləyə görə 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Sözügedən müqaviləni Agentlikdən keçmiş sədr Orxan Fikrətoğlu, "Tədris-film" kinostudiyasından isə direktor Elnur Mehdiyev imzalayıb.

Tələbələrin bildirdiyinə görə, 167 min manatdan "Tədris-film"ə 50 mindən bir qədər artıq pul köçürülsə də, tələbələrə maliyyənin verilməsi üçün zamana ehtiyac olduğu bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

15.09.2026 195
.

Xərçəng riskini 50 faizə qədər azaltmaq mümkündür

Bəzi gündəlik vərdişlər illər ərzində xərçəng riskini artıra bilər. Halbuki sağlamlıqla bağlı ilk problemlər yaranmazdan xeyli əvvəl həmin vərdişləri dəyişmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, onkoloji xəstəliklərin əhəmiyyətli hissəsinin həyat tərzini dəyişdirməklə və məlum risk faktorların

15.09.2026 190
.

İnsanlığımızı öldürdünüz!

Xatırlayanınız varmı, bundan bir neçə həftə əvvəl "O dövrlər bitdi" deyə bir yazı yazmışdım… O yazının başlığını necə sevdiyimi təsəvvür belə edə bilməzsiniz. Mənasına görə çox şey ifadə etdiyi kimi, mənə də çox sevimli gələn bir başlıq olmuşdu. Əslində bir dönüş nöqtəsi, bir başlanğıcdır

15.09.2026 176
.

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

15.09.2026 262
.

Əraqçi Pekinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək. Bəqaini

15.09.2026 152
.

"Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara

15.09.2026 160
.

RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. Bakı səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin gündəmi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməs

15.09.2026 1002
.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15.09.2026 128
.

"Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz

15.09.2026 194
.