Türklərə etdiyi zülm və pisliklərə görə mənim Fələstin adlı davam yoxdur - Türk professor

Türklərə etdiyi zülm və pisliklərə görə mənim Fələstin adlı davam yoxdur - Türk professorQaynarinfo tarixçi Professor İlber Ortaylının məqaləsini təqdim edir. Buyurun oxuyun...

İl 1837...

Fələstində əhali siyahıyaalması aparılır, orada yaşayan yəhudilərin ümumi sayı 9 min olaraq qeydə alınır.

Fələstinli ərəblərin yəhudilərə torpaq satması ilə bu rəqəm 50 minə qalxır.

Beləcə, 1882-ci ildə ikinci yəhudi məskəni qurulmuş olur...

1908-də yəhudi əhalisi 100 minin üzərinə çıxmışdı.

Bu torpaqlar dövlət tərəfindən satılmırdı.

Birbaşa həmin bölgədə yaşayan ərəb şeyxlərinin şəxsi mülkləri idi.

Ərəblər baha qiymətə satmaq üçün bir-biri ilə əməlli-başlı yarışırdılar.

Halbuki Osmanlı padşahının bu mövzuda açıq əmri vardı: heç bir yəhudiyə torpaq satılmayacaq!

Yəhudilər hər şeyi qanuni görsətmək üçün alman kimliyi, ingilis kimliyi ilə torpaq alırdılar.

Fələstinli ərəblərin isə gözü doymaq bilmirdi. Yəni işğal etməklə başlamadı heç nə!

Adamlar pullarını qoyub torpaqları aldılar.

Demək ki, vətənin hər qarışı müqəddəs imiş. Müqəddəs olanı satarsansa, başına bunlar gələrmiş!

Osmanlı dövründən sonra Fələstin İngiltərənin himayəsinə keçdi və torpaq satışı qadağası qalxınca yəhudilər aldıqları torpaqların çıxarışlarını öz adlarına keçirdilər.

Əlbəttə, dönümləri kvadrat metrə çevirək: 1 dönüm ≈ 1000 m².

1925-də 944 min dönüm (944 000 000 m²) torpaq satılmışdı!

1927-də 1 milyon 124 min dönüm (1 124 000 000 m²) torpaq satılmışdı.

1930-da satılan torpaqların miqdarı 1 milyon 700 min dönümə (1 700 000 000 m²) çatmışdı.

Bunların hamısı satın alınan, sənədli torpaqlar idi!

1948-ci ilə gəldikdə isə artıq bir dövlət quracaq qədər torpaq alınmışdı!

Yəni bəzilərinin dediyi kimi, Fələstin işğal olunmamışdı!

Bəs bu fələstinlilər necə insanlarmış? Türklərlə bağları nəymiş, ona da baxaq...

İl 1915...

Fələstin əsgərləri türk əsgərlərinə arxadan hücum edib 14 min türk əsgərinin şəhid olmasına, bir çoxunun yaralanmasına səbəb oldular.

Ərəb xəyanəti ilə əsir düşən 15 min türk əsgərinin gözləri turşu quyularında kor edilərək işgəncə verilmişdi.

Qardaş Fələstin, ha?!..

İl 1916...

Fələstin bayrağı fələstin xalqını təmsil etmək üçün istifadə edilən bayraqdır...

İlk dəfə Şərif Hüseyn tərəfindən 1916-cı ildə Osmanlıya qarşı başlayan ərəb üsyanının simvolu olaraq dörd rəngdən – "qara, ağ, yaşıl və qırmızı"dan ibarət bir bayraq hazırlanır...

Üstdəki qara xətt – Abbasiləri;

Orta yaşıl rəng – şiə Fatimiləri;

Aşağıdakı ağ – Əməviləri təmsil edir...

Qırmızı üçbucaq isə 1916-cı ildə Osmanlıya qarşı üsyan edən Şərif Hüseynin qəbiləsi – Həşimoğullarını təmsil edir. (Başqa bir fikrə görə, ərəb müstəqilliyi üçün axıdılan qanı...)

İl 1917...

Fələstinli ərəblər ingilis Lourens ilə birləşib tarixə "Əqəbə basqını" kimi keçən xəyanətə imza atdılar.

Əqəbədəki bütün türk əsgərləri qətlə yetirildi.

Bu gün İordaniya-Fələstin arasındakı Vadi Rum səhrasında Lourensin barelyefini dağlara daşlara həkk etmişlər.

Həmin ildə, 1917-də Qüds fələstinlilər tərəfindən ingilislərə təhvil verilir!

Üstəlik, ingilis generalı Allenbi Qüdsə girəndə fələstinlilər onu "Əl-Nəbi" – peyğəmbər kimi qarşıladılar...

Türkiyə Cümhuriyyətində şəxsən şahidi olduqlarımı da yazım...

İl 1978...

Fələstin Azadlıq Təşkilatı terrorçu PKK-ya qucaq açır və birlikdə Türkiyə əleyhinə fəaliyyətlərə başlayır...

İl 1979...

Ankaradakı Misir səfirliyi fələstinlilər tərəfindən hücuma məruz qalır, bir polisimiz və bir gözətçimiz şəhid edilir...

İl 1980...

Fələstin Xalq Azadlıq Cəbhəsinin lideri Corc Habaş Livanın Sidon şəhərindəki düşərgələrinin qapısını ASALA terror təşkilatına açır.

ASALA-nın diplomatlarımızı qətlə yetirdiyi aksiyalara fələstinli terrorçular da dəstək verir...

Qardaşa bax, qardaşa! Siz bu qardaşın xəyanətini unuda bilərsinizmi?!

Mən universitet illərində bunları düşünüb-düşünüb yaşadım...

İl 1989...

Yasir Ərəfat: "Ermənistanın haqlı davasını dəstəkləyirik" açıqlaması verir...

Qarabağ işğalına və erməni qətliamlarına dəstək olur...

Qardaşın xəyanəti bitmir...

İl 1993...

Fələstinli ərəblər Məsud Bərzaninin "Müstəqil Kürdüstan" fikrinə dəstək olurlar...

Adamlar türk millətinə xəyanətdən doymurlar...

İl 2002...

Kapitan Cengiz Toytunç Qərbi Şəriədə sülhməramlı qüvvədə xidmət edərkən avtomobili saxlanılıb şəhid edilir...

İl 2009...

Fələstin Dövlət Başçısı Mahmud Abbas Kiprdə türklərin işğalçı olduğunu, rumların bütün mövqelərini dəstəklədiklərini dünyaya açıqlayır...
Siz Fələstin üçün ağlayanda, Anadoluda fələstinlinin kürəyindən xəncərlədiyi türklərin anası ağlayır...

Ay aman, sizin gözünüzdəki bu pərdə nə vaxt qalxacaq?!

Bitmədi...

Xəyanətin daha artığı var, davam...

İl 2012...

Fələstin Dövləti "Əl-Nəkbə kuboku" adlı bir turnir təşkil edir və guya "Kürdüstan" komandasını dəvət edib, onlarla futbol oyunu keçirir...
İdmansevərlər, buyurun, gözəl izləmələr. Bundan təbii nə ola bilər, deyilmi?

İl 2019...

Türkiyənin Suriyada başladığı "Barış Pınarı Hərəkatı" üçün Fələstinin də içində olduğu "Ərəb Birliyi" qınama mesajı yayır.

Bunu da eşitmədiniz, təbii...

İl 2020...

Fələstin, Türkiyənin Şərqi Aralıqdakı hüquqlarına qarşı qurulan "Şərqi Aralıq Dənizi Qaz Forumu"na (EMGF) üzv olur.

Yunanıstan, Misir, Kipr Rum kəsimi və İsraillə birlikdə Türkiyənin "Mavi Vətən" tezisinə qarşı cəbhə alır...

Siz isə Fələstin üçün ağlamağa davam edin...

Eyni ildə, 2020-də

Fələstin, Çinin uyğur türklərinə etdiyi soyqırımı dəstəkləyir və Çinin uyğur siyasətinə dəstək verdiyini bildirir...

Siz ümmət qardaşlarınız üçün ağlayarkən, onlar Türk millətinin övladlarının qətliamına razılıq verirdilər...

Bu gün gözəl ölkəmin küçələrində bu millətin qanını təmsil edən Türk bayrağının yanında Fələstin bayrağını dalğalandıran bir kəsim var.

Onların məqsədləri nədir bilmirəm, amma...

Türkiyədə italyan, alman, ingilis şirkətləri adı altında İsrailin minlərlə kvadrat metr kənd təsərrüfatı torpağı aldığı hamıya məlumdur...

Necə ki, vaxtilə fələstinli ərəb şeyxləri torpaqlarını satmışdılar, biz də torpaqlarımızı əcnəbilərə satırıq, satmağa da davam edirik!..

400 min dollar verən hər kəs Türk vətəndaşı ola bilir...

Fələstinləşirik, xəbərin yoxdur!

Övladlarınız sizi necə yad edəcək, mən bilirəm, siz bilmirsiniz!

Evinizi, torpağınızı, yurdunuzu yadlara satarkən fələstinlilər kimi siz də xatirə fotosu çəkdirməyi unutmayın!

Bəlkə sizin də torunlarınız, bugünkü fələstinli uşaqlar kimi dağıntılar altından qurtulmağı gözləyərkən, babalarının tarixi dərs çıxarmamasının bədəlini ödəyər...

Ey Türk milləti,
Oyan, silkələn və özünə dön.
Mənim Fələstin deyə bir davam yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

15.09.2026 195
.

Xərçəng riskini 50 faizə qədər azaltmaq mümkündür

Bəzi gündəlik vərdişlər illər ərzində xərçəng riskini artıra bilər. Halbuki sağlamlıqla bağlı ilk problemlər yaranmazdan xeyli əvvəl həmin vərdişləri dəyişmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, onkoloji xəstəliklərin əhəmiyyətli hissəsinin həyat tərzini dəyişdirməklə və məlum risk faktorların

15.09.2026 190
.

İnsanlığımızı öldürdünüz!

Xatırlayanınız varmı, bundan bir neçə həftə əvvəl "O dövrlər bitdi" deyə bir yazı yazmışdım… O yazının başlığını necə sevdiyimi təsəvvür belə edə bilməzsiniz. Mənasına görə çox şey ifadə etdiyi kimi, mənə də çox sevimli gələn bir başlıq olmuşdu. Əslində bir dönüş nöqtəsi, bir başlanğıcdır

15.09.2026 176
.

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

15.09.2026 262
.

Əraqçi Pekinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək. Bəqaini

15.09.2026 152
.

"Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara

15.09.2026 160
.

RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. Bakı səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin gündəmi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməs

15.09.2026 1002
.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15.09.2026 128
.

"Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz

15.09.2026 194
.