Döyülən uşaqların vəziyyəti - Açıqlandı
Ağdamda valideynləri tərəfindən döyüldüyü deyilən iki azyaşlı uşağın vəziyyəti açıqlanıb.
Axşam.az xəbər verir ki, bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb. Bildirilib ki, ötən gün saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (oğlan) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.
Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır" deyə, məlumatda bildirilib.
Qeyd edilib ki, 2024-cü il təvəllüdlü azyaşlı (oğlan) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1178 Tarix: 28 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Ukraynanı bombaladı
Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilinə doğru irəliləyərkən cəbhə xəttində döyüşlər davam edir. Müharibənin 1448-ci günündə tərəflər arasında həm cəbhə bölgələrində, həm də uzaqmənzilli zərbələr vasitəsilə qarşılıqlı hücumlar qeydə alınıb. Xüsusilə Ukraynanın şərq və cənub istiqamətlərində gərginli
16:26 207 Pensiyanı vaxtından əvvəl almaq mümkün olacaq
Vəfat edən vətəndaşların pensiya kapitalının bir hissəsinin vərəsələrinə ödənilməsi hazırda müzakirə olunan məsələlər sırasındadır. xəbər verir ki, deputatlar hesab edir ki, sistem daha ədalətli formaya salınmalıdır. Millət vəkili Cavanşir Paşazadənin sözlərinə görə, həmin mexanizmə görə, pensiya alanları
21:15 127 Milli Məclis asbest və asbest tərkibli materialların istifadəsini qadağan etdi
Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi rəsmi şəkildə qadağan edilir. Milli Məclisin qəbul etdiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna edilən dəyişikliklər çərçivəsində, asbest və asbest tərkibl
15:15 262 Dollara tələbat kəskin azalır - 2026-cı ildə manatı nə gözləyir? (Ekspertdən RƏY)
2025-ci ildə valyuta bazarında dollara olan tələbatın zəiflədiyi müşahidə olunub və aylıq orta göstəricilərdə təklif tələbi üstələyib. Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da satış meyli üstünlük təşkil edib, nəticədə banklar xalis valyuta alışı həyata keçiriblər. Bazarda realizə olunmaya
22:00 87 Aeroport yolunda 2 gün məhdudiyyət tətbiq ediləcək
14-15 fevralda paytaxtın Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək. xəbər verir ki, bununl
12:48 300 15 yaş cavanlaşmaq - Qırışlardan qurtulmaq üçün üzünüzü duzla necə yumalısınız?
Bir çox qadın doğrudan da effekt verən, əlçatan cavanlaşma üsulları axtarır. Kosmetologiya saysız-hesabsız prosedurlar təklif etsə də, bəzən təsirli vasitə birbaşa mətbəxdə olur. Adi mətbəx duzu ev şəraitində dəri qulluğunda geniş istifadə edilir. O, dərini dartmaq, tonu bərabərləşdirmək və xırda qırışlar
19:00 214 Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMA
Son aylarda taksi xidmətləri ilə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə mobil tətbiqlər üzərindən sifariş edilən taksilərdə sürücülərin gediş haqqının az olduğunu əsas gətirərək sifarişi ləğv etməsi artıq sistemli problemə çevrilib. Sərnişinlər sifarişin qəbul olunmasından bir neçə dəqiqə sonr
14:32 466 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
Gəncədə ana 40 günlük qızından imtina edib. "Qafqazinfo" xəbər verir ki, körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib. Hazırda körpə Uşaq Xəstəxanasındadır
21:46 130 Lyuis Hamilton Kim Kardaşyanın ürəyini qıra bilər
Bu, həqiqətən də "Kardaşyan" debütü olub - möhtəşəm, yüksək səviyyəli və milyonlarla insanın qarşısında. Həftələrlə davam edən şayiələrdən, gizli görüşlərdən və dəbdəbəli Estelle Manor otelində həftəsonundan sonra Kim Kardaşyan və yeddiqat "Formula 1" çempionu ser Lyuis Hamilton münasibətlər
19:30 171