Gürcüstan DTX-nin rəisi istefa verib, yeni vəzifəyə təyin olunub
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.
"Report"un yerli bürosunun məlumatına görə, o, Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb.
İstefa verən Anri Oxanaşvili Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.
İ.Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.
"Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili bu vəzifədən istefa verib. Qısa müddət ərzində xidmət zamanı bir çox mühüm dəyişikliklər həyata keçirilib və şəxsən onun əməyini yüksək qiymətləndirirəm. Hazırda isə baş nazirin müşaviri kimi analitik işlər aparacaq", – Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkənin qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır.
İ.Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:
"Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 734 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254