"Ayının parçaladığı" kişinin qatili oğlu çıxdı
Yaponiyada 93 yaşlı kişi əvvəlcə ayı hücumunun qurbanı hesab olunsa da, sonradan məlum olub ki, onu əslində öz oğlu öldürüb. İstintaqdan sonra polis 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Yaponiyanın şimalındakı Akita prefekturasında 93 yaşlı Fudziesi Şindo həyat yoldaşı tərəfindən evlərində huşsuz vəziyyətdə və qan içində tapılıb. İlkin olaraq yerli hakimiyyət orqanları hadisəni ayı hücumu kimi qiymətləndiriblər. Polis dərhal şimal bölgələrinin sakinlərinə xəbərdarlıq göndərib. Son vaxtlar kənd təsərrüfatı sahələrinin azalması və qocaların ərazidə çox olması səbəbindən vəhşi heyvanların, xüsusən də ayıların, qida axtarışı üçün yaşayış məntəqələrinə daha çox yaxınlaşdığı müşahidə olunur.
Yaponiya Ətraf Mühit Nazirliyinin statistikası da bu narahat tendensiyanı təsdiqləyir. Belə ki, ötən il ayılar rekord sayda, 219 nəfərə hücum edib, onlardan 6-sı həyatını itirib.
Lakin istintaq tamamilə gözlənilməz və daha qaranlıq məcraya yönəlib. Polis mərhumun oğlu, 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib. Yapon mediasının yazdığına görə, saxlanılan şəxsin ilkin ifadələri şübhə doğurmayıb. O, istintaqa bildirib ki, evdə atasına "ayı hücumu" baş verən vaxt heç bir qeyri-adi hal müşahidə etməyib.
İstintaqda həlledici məqam qocanın yaralarının ekspertizası olub. Müəyyənləşib ki, xəsarətlərin xarakteri vəhşi heyvan hücumu ilə uyğun gəlmir. Fudziesi Şindonun üzündə və belindəki yaraların iti alətlə, çox güman ki, bıçaqla vurulduğu məlum olub.
Araşdırma çərçivəsində Şindo ailəsinin evində axtarış aparılıb və bir neçə bıçaq götürülüb, polis həmin cinayətdə istifadə edilən aləti müəyyən etməyə çalışır. Kişinin cinayətə nə üçün əl atdığı hələlik aydın deyil, istintaq onun atasını öldürməsinə səbəb ola biləcək halları öyrənməyə davam edir.
Yaşlı kişi əvvəlcə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qısa müddət sonra ölümü rəsmi şəkildə təsdiqlənib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 851 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqlarla pul haqqında necə danışmalı?
Bir çox valideyn pul mövzusunda danışmaqdan çəkinir, sanki bu mövzu ya utandırıcıdır, ya da uşaqlar üçün hələ tezdir. Halbuki uşaqlar ailədəki atmosferi böyüklərin düşündüyündən daha həssas şəkildə hiss edirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, uşaq görürsə ki, pul mövzusu gərginlik yaradır
02.04.2026 309 İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı
ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib
02.04.2026 422 10 yaşlı məktəblini dərsə gedərkən it qapdı
Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur
02.04.2026 445 Ödənişli yolda "Bentley" ilə qəza törətdi, kəmər həyatını xilas etdi - Video
"Ötən gün saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. O, qəza nəticəsində xəsarət alıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlə
02.04.2026 424 Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu
Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda
02.04.2026 417 Tolikin evində xeyir iş
Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) bacısı Fatimənin xınayaxdısı olub. Axşam.az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclis şair Nazilə Səfərliyə həvalə edilib. Gecənin aparıcılığını isə Könül Muxtarova edib. Gecədən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıb. Qeyd edək ki
02.04.2026 553 26 dərəcə isti olacaq
Aprelin 3-də 26 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur
02.04.2026 296 İsrail ordusu son 24 saat ərzində 40-dan çox Hizbullah terrorçusunu məhv edib
İsrail ordusu Livanda 40-dan çox Hizbullah terrorçusunu məhv edib və onlarla infrastruktura zərbə endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri cümə axşamı Livanda hava, dəniz və quru əməliyyatları vasitəsilə 40-dan çox Hizbullah terrorçusunu öldürdüyünü və onlarl
02.04.2026 245 Nizami Kino Mərkəzinə ziyan vuruldu - Fotolar
Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişaf
02.04.2026 301