Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlir açıqlanıb

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlir açıqlanıbTürkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq.

Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:

"Orta Dəhlizlə birlikdə dəmiryolu ilə həyata keçiriləcək ticarət dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qənaətini təmin edəcək. Nəticə etibarilə, bütün mümkün alternativlərə hazır olmaq vacibdir. Bunu yalnız yükdaşıma imkanı deyil, eyni zamanda, strateji sərmayə kimi qiymətləndiririk".

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:

"Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur Dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə (6,12 milyard manat-red.) gəlir əldə edəcəyimizi hesablamışıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Neft qiymətləri üçüncü gündür yüksəlir

Neft qiymətləri çərşənbə günü üçüncü gündür ki, yüksəlir və ABŞ-İran sülh danışıqlarının dayandırılmasından sonra Körfəzdə yeni düşmənçiliklər alovlandığı üçün dollar 160 yen baryerini aşmaq üzrə idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 1% artaraq bir bare

03.06.2026 184
.

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti

03.06.2026 201
.

72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?

"MİDA mənzillərinin əldə olunması üçün nəzərdə tutulan güzəştli ipoteka proqramı vətəndaşlara daha sərfəli şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Proqram çərçivəsində ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək müəyyən edilə bilər

03.06.2026 748
.

Müəllimə güzəşt vədi: Həqiqi dəstək, yoxsa görüntü?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq adı altında təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafındakı müzakirələr rəsmi vədlərlə real şübhələrin toqquşma nöqtəsinə çevrilib. Bu kartlar kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalarda

03.06.2026 154
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

03.06.2026 211
.

İranın hücumları nəticəsində Küveyt hava limanına ziyan dəyib, uçuşlar dayandırılıb

Küveytin beynəlxalq hava limanı çərşənbə günü səhər İran raketləri və dronları tərəfindən zədələnib, hakimiyyət orqanları bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Küveyt dövlət xəbər agentliyi (KUNA) müdafiə nazirliyinə istinadən bildirib ki, hücum nəticəsində tibbi yardım alan "bir sır

03.06.2026 170
.

Evə od vurub arvadını və qayınanasını öldürdü

Başqırdıstanda kişi arvadını və qayınanasını amansızlıqla öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Tuymazı rayonunda baş verib. 68 yaşlı kişi ilə həyat yoldaşı arasında mübahisə yaranıb. Münaqişə zamanı sərxoş kişi dəhlizdə qadının üzərinə benzin tökərək onu yandırıb. Bu zaman qadın evdə

03.06.2026 173
.

Paltar geyinmədən bütün bədənini Dünya çempionatına gedən ulduzların şəkilləri ilə örtdü

Braziliyalı sosial media fenomeni Dünya çempionatında oynayacaq futbolçuların heç bir paltar geyinmədən çəkilmiş şəkillərini bədəninə yerləşdirib. Onun paylaşdığı fotolarda Türkiyə millisinin futbolçusu İsmayıl Yüksək də yer alıb. -ın xarici mediaya istinadla məlumatına görə, braziliyalı sosial medi

03.06.2026 271
.

Bakıda həmkarlarına qarşı dələduzluqlar edən müəllimlərə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində Mustafayeva Məlahət, Şamilova Tahirə, Cəfərova Təranənin bir qrup şəxsə qarşı dələduzluq ittihamı ilə cinayət işinə dair məhkəmə prosesində hökm oxunub. xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilənlərdən Məlahət Mustafayevanı

03.06.2026 208
.

TOP MP3