Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? - ARAŞDIRMA

Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? - ARAŞDIRMA2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, məktəb ləvazimatları bazarında diqqətçəkən tendensiya müşahidə olunur. Qiymətlər keçən illə müqayisədə aşağı enib. Ekspertlər mövcud tendensiyanın dəyişə biləcəyini düşünürlər.

Yeni dərs ilinə bir aydan az vaxt qalır. Valideynlər artıq məktəb bazarlığına start veriblər. Hər il olduğu kimi, bu il də onları xərclər düşündürür. Xüsusilə məktəbli formalarının qiyməti, keyfiyyəti və mövcud endirim kampaniyaları əsas maraq mövzularındandır. Dəftər-qələm, məktəbli geyimi, çanta və digər ləvazimatların alınması bu günlərdə ailə büdcəsinə ən çox təsir edən xərclərdən birinə çevrilib. Bəs maraqlıdır, bir uşağı məktəbə hazırlamaq bu il neçəyə başa gələcək?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Bu il qiymətlər enib"

Valideyn Azər Rəhimov bu il iki övladını məktəbə hazırlayır və bazarda qiymətlərin münasib olduğunu deyib. Onun sözlərinə görə, bu il təkcə qiymətlər sabit qalmayıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunub:

"İki uşağımın dəftər-qələm, yazı ləvazimatlarına cəmi 40 manat xərclədim. Ötən il bu qədər məhsula daha çox pul vermişdim. Geyimlər də ucuzlaşıb. Məsələn, şalvar və köynəklər ən aşağı 13 manatdan başlayır. Təbii ki, 70-80 manata qədər modellər də var. Əsas odur ki, bu il bazarda hər büdcəyə uyğun seçim mövcuddur".

Valideyn bildirib ki, bazarda Çin məhsulları çoxdur və rəqabət yarandığı üçün bu il endirimli qiymətləri müşahidə edirlər. Üstəlik, elektron ticarət də bu ucuzlaşmada mühüm rol oynayır. Elektron ticarətlə rəqabət aparan mağazalar da bazarda endirimlərlə sözünü deməyə can atır.

Məktəbli ləvazimatları neçəyədir?

Bazarda qiymətləri öyrənmək, bir uşağın məktəb xərclərini hesablamaq üçün məktəbli ləvazimatları satılan mağazaya üz tutduq. Qiymətlər isə belədir:

- dəftərlər 15 qəpik - 2.2 manat;

- flomasterlər 90 qəpik - 11 manat;

- karandaşyonanlar 30 qəpik - 4.3 manat;

- penallar 1.9 - 30 manat;

- qələmlər 30 qəpik - 7.9 manat;

- su qabı 2.6 - 11 manat...

Məktəbli ləvazimatları arasında ən çox xərc tələb edən məktəbli çantalarının qiyməti isə 16 manatdan başlayır və 180 manata qədər davam edir.

Yəni bir uşağın geyimdən əlavə, məktəb ləvazimatları üçün valideyn minimum 20-25 manat xərcləməlidir. Ötən il isə bu rəqəm minimum 35-40 manat idi. Qiymətlər məhsulun keyfiyyəti, istehsal ölkəsi və brendindən asılı olaraq dəyişir. Bu müxtəliflik valideynlərə büdcələrinə uyğun seçim etməyə imkan verir.

8 manata köynək, 15 manata şalvar...

Yeni dərs ilinə hazırlıq zamanı valideynlərin ən çox diqqət yetirdiyi, şagirdlərin də həyəcanla gözlədiyi məqam məktəbli geyimlərinin alınmasıdır. Bu məhsullar həm qiymət, həm də çeşid baxımından geniş spektrə malikdir. Bazarda şalvarların qiyməti 10 manatdan başlayır və 80 manata qədər yüksəlir. Köynəklər 7-8 manatdan başlayır. Hətta sosial şəbəkələrdə üç manata təklif edilən köynəklərə də rast gəlmək mümkündür. Ətəklər 15 manatdan başlayaraq keyfiyyət və brendə görə 150 manata qədər qalxır. Qollu köynək və jaketlər isə əsasən 20 manatdan başlayır.

Bəs görəsən, Bakı Tikiş Evinin (BTE) qiymət siyasəti bazarla necə uzlaşır?

BTE-nin şöbə müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, Bakı Tikiş Evi bu il məktəbli geyimlərində kifayət qədər ciddi endirimlər tətbiq edib:

"Bütün qısaqol köynəklər 33% ucuzlaşaraq 12 manatdan 8 manata düşüb, uzunqol köynəklər isə təxminən 18% endirimlə 12 manatdan 10 manata enib, şalvar və ətəklərdə 25% endirim tətbiq olunaraq 20 manatdan 15 manata salınıb, jaketlərdə də 33% endirim olunaraq qiymətlər 30 manatdan 20 manata qədər azaldılıb".

"Qiymətləri endirdik ki..."

BTE-nin nümayəndəsi bildirib ki, bu endirimlər valideynləri keyfiyyətsiz, mənşəyi bilinməyən məhsullardan çəkindirmək məqsədi daşıyır:

"Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarında istifadə edilən materiallar standartlara uyğun olmalıdır. Köynəklər 100% pambıqdan, şalvar və ətəklər isə 60% yun, 40% poliester qarışığından hazırlanmalıdır. Təəssüf ki, bazarda bu tələblərə cavab verməyən, süni materiallardan hazırlanmış məhsullar satılır. Biz qiymətləri aşağı salaraq insanları keyfiyyətli və sertifikatlı məhsullara yönəltmək istəyirik".

E.Əzimov əlavə edir ki, endirimlər müştərilər tərəfindən məmnuniyyətlə qarşılanır və satışlara da ciddi təsir göstərib: "Bu endirimlər iyulun 1-dən tətbiq olunub. Bir dəst formada ötən illə müqayisədə 17-18 manat endirim var".

Bazarı Çin məhsulları tutur

Marketoloq Elxan Mərdanlı da açıqlamasında təsdiqləyib ki, 2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, Bakı bazarında diqqətçəkən tendensiya müşahidə olunur:

"Dəftərxana ləvazimatlarının qiymətləri 2024-cü illə müqayisədə daha aşağıdır. Alıcıların gündəlik müşahidələri də bunu təsdiqləyir. Səbəbləri bir neçə istiqamətdə toplamaq mümkündür. Birinci istiqamət, Türkiyədən idxal bahalaşıb, bazar Çinə yönəlib. Çin şirkətləri müştəri itirməmək üçün topdansatış qiymətlərini kifayət qədər endiriblər. Bu isə idxal ölkələri, o cümlədən Azərbaycan üçün xeyli sərfəlidir. Beləliklə, Bakıya daxil olan dəftərxana mallarının maya dəyəri ötən illə müqayisədə daha aşağı qiymətə başa gəlir".

"Gündəlik istehlak xərcləri yüksəlib"

Qiymətlərin ucuzlaşmasında digər səbəb isə Bakı bazarında alıcılıq qabiliyyətinin zəifləməsidir:

"Azərbaycan əhalisinin real gəlirləri artmadığı halda gündəlik istehlak xərcləri yüksəlib. Bu isə alıcılıq qabiliyyətini zəiflədir. Nəticədə, dəftərxana mağazaları dövriyyəni saxlamaq üçün qiymətləri aşağı salmağa məcburdur. Əks halda, satış həcmi daha da geriləyər. Satıcı üçün əsas məsələ stokun yığılmaması və dövriyyənin davam etməsidir".

Tələb artdıqda, qiymətlər yüksələcək?

Marketoloqa görə digər səbəb tələbin gecikməsi və qiymətlərin hələlik sabit qalmasıdır:

"Azərbaycan cəmiyyətində məktəb alış-verişinin ən son günlərə saxlanılması da bu mənzərəyə təsir edir. Avqustun sonu və sentyabrın əvvəllərində kəskin tələb artımı müşahidə olunmadığından qiymətlər stabilliyini qoruyur. Satıcı mövsümün pik günlərinə qədər qiymətləri yuxarı qaldırmaq üçün heç bir səbəb görmür. Bu faktorlar qısamüddətli sabitlik və ucuzlaşma yaratsa da, sentyabrın sonu və oktyabrda tələb artdıqda qiymətlərin müəyyən yüksəlişi mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1708   Tarix: 23 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"

Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir? . Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-ni

15.09.2026 243
.

RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. Bakı səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin gündəmi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməs

15.09.2026 1002
.

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib. "Görü

15.09.2026 157
.

Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah

15.09.2026 236
.

Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ

Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə

15.09.2026 192
.

Rus ordusu Olxovatkanı işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Olxovatka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15.09.2026 135
.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15.09.2026 133
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15.09.2026 177
.

"Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"

"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə

15.09.2026 170
.