Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsi yaratmağı planlaşdırır
Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsi yaratmağı, dayanıqlı ticarət və logistika zəncirlərini inkişaf etdirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində "Özbəkistan-24" telekanalına müsahibəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov deyib.
"Son illər Özbəkistanla həm Türkmənistan, həm də Azərbaycan arasında iqtisadi əməkdaşlıq kifayət qədər yüksək və fəal templə inkişaf edir. Son illər hər iki ölkə ilə ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ən əsası isə odur ki, ticarət dövriyyəmizin təxminən 40 %-i yüksək əlavə dəyərə malik mallardır, bunlar sənaye mallarıdır. Bu, onu göstərir ki, biz iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçirik", - o vurğulayıb.
L.Kudratovun sözlərinə görə, görüş zamanı iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcək çox mühüm qərarlar qəbul edilib. Söhbət ilk növbədə ticarət əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyətdən və sənaye əməkdaşlığının dərinləşdirilməsindən gedir.
"Üç ölkənin ticarət nazirlikləri dayanıqlı ticarət və logistika zəncirlərinin inkişafına yönəlmiş hərtərəfli fəaliyyət planının hazırlanması üzərində çalışacaqlar", - nazir qeyd edib.
O bildirib ki, plana topdansatış paylama mərkəzləri şəbəkəsinin yaradılması və məhsulların üç ölkənin bazarlarına asan çıxışı daxildir. Tərəflər həmçinin fitosanitar və karantin tələblərinin unifikasiyasını ayrıca işləmək niyyətindədirlər.
"Ölkələrimiz arasında ticarət əməliyyatlarını problemsiz və operativ şəkildə həyata keçirmək üçün malların rəqəmsal etiketlənməsi üzərində işləyəcəyik. Və təbii ki, biz elektron kommersiyanı, elektron ticarəti inkişaf etdirəcəyik", - L.Kudratov deyib.
Onun sözlərinə görə, elektron ticarət formatları region ölkələrində tədarükçüləri və istehsalçıları məhsulların istehlakçıları ilə bilavasitə birləşdirəcək mexanizmlərin tətbiqini asanlaşdırmalıdır.
"Əlbəttə ki, biz regionlar arasında birbaşa qarşılıqlı əlaqəni fəal şəkildə inkişaf etdirəcəyik. Regionlararası əməkdaşlıq bizə imkan verəcək ki, regionlarımızdan olan sahibkarları birbaşa birləşdirək. Əminik ki, belə qarşılıqlı fəaliyyət çox yaxın gələcəkdə kifayət qədər konkret nəticələr verəcək", - deyə nazir fikrini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"
Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir? . Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-ni
15.09.2026 243 RƏŞAD BAYRAMOV: "İqtisadi istiqamətdə isə iki ölkənin 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatması əsas məsələlərdən biridir"
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. Bakı səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin gündəmi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi gözlənilir. Səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməs
15.09.2026 1002 Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib. "Görü
15.09.2026 157 Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA
Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah
15.09.2026 236 Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ
Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə
15.09.2026 192 Rus ordusu Olxovatkanı işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Olxovatka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15.09.2026 135 Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15.09.2026 133 Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15.09.2026 177 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
15.09.2026 170