Zaur Əhmədov: Vaşinqton Bəyannaməsi Cənubi Qafqazı qitələri birləşdirən körpüyə çevirmək imkanı verir
Vaşinqtonda əldə olunan irəliləyiş münaqişələrlə tanınan regionu qitələri birləşdirən körpüyə çevirmək imkanı verir.
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun yerli mediada dərc olunan "Lalənin uşaqlıq arzusundan Cənubi Qafqazda sülhə qədər" adlı məqaləsində yer alıb.
Səfir diqqətə çatdırıb ki, sülh boş sözlərlə deyil, ticarət, təhsil, mədəniyyət mübadiləsi və insani əlaqələrlə əhatələnməlidir.
"Uzun müddət təhlükəli geosiyasi bölgə kimi tanınan Cənubi Qafqaz artıq sülhün təkcə bir arzu deyil, real prosesə çevrildiyi region olmaqdadır. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan yeni bir dövrü ifadə edən birgə bəyannamə imzalayıblar. Bu, tarixi irəliləyiş olmaqla son otuz ildə ilk dəfə olaraq konkret və qarşılıqlı qəbul edilmiş bir sülh planıdır. Son vacib addım isə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasıdır".
Diplomat vurğulayıb ki, razılaşmanın əsas məğzi iki ölkə arasında bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır:
"Ən perspektivli element Zəngəzur dəhlizinin ("Tramp yolu") yaradılmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən təhlükəsiz quru əlaqəsi olacaq. Layihə Avropa, Qafqaz, Mərkəzi Asiya və Çin arasında keçidi təmin edən Orta Dəhliz təşəbbüsünün əsas hissəsini təşkil edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15.09.2026 133 İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə
15.09.2026 466 "Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov
"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ
15.09.2026 262 MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA
İş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəs iş yerində mobbinqin qarşısını necə alma
15.09.2026 213 Lavrov ABŞ-da Rubio ilə görüşəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikal
15.09.2026 152 ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır
Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A
15.09.2026 232 Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda
15.09.2026 173 "Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?
Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt
15.09.2026 134 Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini
15.09.2026 176