Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək

Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcəkNorveç taxt-tacının varisi şahzadə İnqrid Aleksandra hələ uşaqlıq illərindən gələcəkdəki vəzifəsinə hazırlanıb. O, Norveç vəliəhdi şahzadə Haakon və şahzadə Mette-Maritin ən böyük övladı olaraq doğulub, ölkənin taxt sırasında birinci yerdə dayanır.

BiG.AZ xəbər verir ki, 1990-cı ildə dəyişən qanuna əsasən, artıq cinsiyyətindən asılı olmayaraq monarxın ən böyük övladı taxta çıxır. Bu səbəbdən İnqrid gələcəkdə atası şahzadə Haakonun yerinə Norveç kraliçası olacaq və ölkənin 600 ildən sonra ilk qadın hökmdarı kimi tarixə düşəcək.

21 yaşlı şahzadə böyüklük vəzifəsi ilə yanaşı, sadə bir gənc kimi həyatını davam etdirir. Keçən il hərbi xidmət keçən İnqrid bu ildən Avstraliyanın Sidneydə
Universitet təhsilinə başlayıb. O, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə təhsil alır.

Sidney küçələrində dostları ilə gəzən, ikinci əl mağazalardan geyim və yataqxana əşyaları alan şahzadə, sadə davranışları ilə diqqət çəkir. Yerli mətbuat onun bu həyat tərzinə görə "qənaətcil şahzadə" adını verib.

İnqrid həmçinin ailəsinin dəstəyini də arxasında hiss edir. Valideynləri bu ayın əvvəlində Sidneydə qızlarının yanında olaraq, onun yeni həyatına uyğunlaşmasına kömək ediblər.

Şahzadə rəsmi açıqlamasında belə deyib: "Sidney Universitetində təhsilə başlamağı səbirsizliklə gözləyirəm. Tələbə olmaq həyəcanverici olacaq. Həm Avropa, həm də beynəlxalq siyasət haqqında yeni baxışlar qazanacağıma əminəm".

Beləliklə, saraylarda böyüyən, amma sadə həyat tərzini qoruyan İnqrid Aleksandra gələcəyin kraliçası olaraq tarix yazmağa hazırlaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 15 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah

15.09.2026 236
.

Lavrov ABŞ-da Rubio ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikal

15.09.2026 152
.

Qızıl və gümüş almaq istəyənlərin nəzərinə

Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini

15.09.2026 176
.

Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba

15.09.2026 146
.

"Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"

"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə

15.09.2026 170
.

ABŞ İranın hərbi katerlərini vurdu - Hörmüz boğazında gərginlik artır

ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə İran katerlərinin Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd etməsindən sonra baş verib. ABŞ tərəfi katerləri

15.09.2026 285
.

"Kartımdan pul oğurlanıb!" - Bank kartlarının təhlükəsizliyi: Dələduzların yeni hiylələri və qorunma yolları

Sosial mediada və xəbər saytlarında son zamanlar eyni şikayətləri tez-tez eşidirik: "Kartımdan pul oğurlanıb, "Heç bir əməliyyat etmədiyim halda balansım sıfırlandı. Bəs bu hadisələr necə baş verir və biz öz vəsaitlərimizi necə qoruya bilərik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15.09.2026 190
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

15.09.2026 232
.

Qida təhlükəsizliyində yeni mərhələ: İstehlakçını hansı yeniliklər gözləyir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni mərhələyə start verilir. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəddə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliy

15.09.2026 253
.