Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız - Ən yüksək və az maaşlı sahələr

Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız - Ən yüksək və az maaşlı sahələrAli məktəblərə ixtisas seçiminin yekunlaşmasına sayılı günlər qalıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə valideynlərin, abituriyentlərin seçimlərini paylaşaraq, insanlardan "Necə seçilib? Qəbul şansım var? Kəsilmərəm ki?" suallarına cavab istəyirlər. Baxanda görürsən ki, ixtisasların çoxu sadəcə "qəbul olum",-deyə seçilib. O sahələrdə iş imkanı isə çox zəifdir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında ixtisas qrupları üzrə maaşı və tələbatı yüksək, həmçinin aşağı olan ixtisaslar barədə danışıb.

Bəzi məktəblərdə fiziki mühit hələ də inklüziv təhsilə uyğun deyil" - Rizvan Fikrətoğlu

"Bir çox abituriyent yüksək bal toplasa da, ixtisas seçimindən sonra peşman olur. Onların ya iş sahəsində gözləntiləri qarşılanmır, ya da ümumiyyətlə iş tapmırlar.

I ixtisas qrupunda informasiya texnologiyaları, təbiət elmləri, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına tələbat çox yüksəkdir. Bu sahələrdə maaş yüksələn və artan dinamika ilə irəliləyir. Həmçinin dövlət və özəl sektorlarda iş tapmaq asandır, qlobal sahələrə çıxış imkanları var. Evdə oturaraq xarici şirkətlərə hər hansısa proqram yazmaqla da, maliyyə əldə etmək mümkündür.

Həmçinin bu ixtisas qrupundakı mühəndislik sahələrinə daxil olan elektronika, energetika və mexanika da tələbatlı ixtisaslardır. Burada maaş ortadan yuxarı doğru irəliləyir. Sahəsinin mütəxəssisi olanlar qətiyyən işsiz qalmırlar. Bunlardan fərqli olaraq neft-qaz mühəndisliyinə artıq əvvəlki tələbat yoxdur. Kimya mühəndisliyi isə məhz akademik yöndə çalışmaq istəyənlər üçün idealdır.

II ixtisas qrupunda isə iqtisadiyyat və idarəetmə ixtisaslarının kadrlarına ehtiyac çoxdur. Biznesin idarəedilməsi, rəqəmsal marketinq, iqtisadiyyat, maliyyə sahələrinə tələbat var, lakin burada diplom yox, əsas şərt praktiki bacarıqdır. Əmək haqqı bağlanğıc üçün orta, zamanla isə yüksələndir. Bu qrupdakı menecment ixtisası aşağı tələbatlıdır, həmçinin bu sahədə işləmək üçün mütləq ixtisaslaşma lazımdır. Dövlət və bələdiyyə idarəedilməsində isə iş tapmaq çətindir.

III ixtisas qrupunda hüquqşünaslığa yüksək bilik tələb olunur, tələbat isə həmişə yüksəkdir, lakin rəqabət olduqca çoxdur. Dövlət sektorunda çalışmaq çətindir, əlavə imtahan və praktika tələb olunur.

Filologiya az gəlirli sahədir. Tarix, kitabxanaçılıq, fəlsəfə kimi ixtisaslara tələbat çox aşağıdır, iş tapmaq demək olar ki, mümkünsüzdür. Vakansiyalar üzrə maaşlar əlverişli deyil. Bu ixtisaslara həqiqi maraq yoxdursa, yalnız bala uyğun seçim düzgün deyil.

IV ixtisas qrupunda tibb, stomatologiya, əczaçılıq ixtisaslarına tələbat çox yüksəkdir, amma uzunmüddətli və çətin təhsil yolu var. Maaş yaxşı olsa da, dövlət müəssisələrində bir qədər aşağıdır. Bu ixtisasları bitirib, özəl klinikalarda işləmək daha məqsədəuyğundur. Bu qrupda biologiya, kimya kimi ixtisaslarda isə tələbat zəifdir.

Ümumiyyətlə, hansı ixtisas qrupu olmasından asılı olmayaraq, seçim edərkən diploma yox, bacarığa önəm vermək lazımdır. İxtisasın adına yox, gələcəkdə hansı iş imkanları verə biləcəyinə fikir vermək lazımdır. Ən yaxşı ixtisas şəxsin maraqlarına uyğun seçiləndir, amma bu rahatdır deyə yox, real tələbat və gəlir imkanlarına görə olmalıdır",-deyə ekspert fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 954   Tarix: 16 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15.11.2026 178
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

15.11.2026 200
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

15.11.2026 191
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

15.11.2026 183
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

15.11.2026 176
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

15.11.2026 184
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 135
.