Abort etdirən yeniyetmələr hansı təhlükə ilə üz-üzədir?
"Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsinin məlumatına görə, ötən il Azərbaycanda 78 mindən çox abort qeydə alınıb.
Müraciət edənlərdən 72 nəfər 15-17 yaş qrupuna, 2 679 nəfər isə 18-19 yaş qrupuna aiddir.
Cərrah mama-ginekoloq Aynurə Abdullayeva Baku TV-yə açıqlamasında bildirib ki, abort ciddi tibbi fəsadlara səbəb ola bilər:
"Uşaqlığın zədələnməsi, deşilməsi, endometriyanın və uşaqlıq borularının zədələnməsi, hormonal fonun dəyişməsi qadının gələcək reproduktiv sağlamlığını təhlükə altına alır. Həkimlər və cəmiyyət olaraq hər zaman gənc qızlarımızı bundan qorumağa çalışmalıyıq".
Sosioloq Üzeyir Şəfiyevin fikrincə, abort sayının artması valideyn-övlad münasibətlərindəki problemlərlə bağlıdır:
"Statistikada artım varsa, deməli, ailələrdə uşaqlara diqqət və nəzarət yetərli deyil. Valideynlər övladlarını daha çox təhsilə və uğurlu gələcək nümunələrinə yönləndirməlidirlər".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov isə vurğulayıb ki, yetkinlik yaşına çatmayanlarda abortların səbəbi reproduktiv sağlamlıqla bağlı məlumatsızlıq və kontraseptiv vasitələrdən düzgün istifadə edilməməsidir:
"Erkən nikah məsələsi də əlavə problem yaradır. Biz çalışırıq ki, dövlət və cəmiyyət üçün xoşagəlməz halların qarşısını alaq".
Mütəxəssislər hesab edirlər ki, yetkinlik yaşına çatmayanlarda abort hallarının azalması üçün maarifləndirmə işləri, valideyn nəzarəti və hüquqi tədbirlər birgə həyata keçirilməlidir. Tibbi, sosial və hüquqi səviyyədə atılacaq addımlar gələcək nəsillərin həm mental, həm də fiziki sağlamlıq inkişafına zəmin yaradacaq.(oxu.az)
Ətraflı - videosüjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 921 Tarix: 16 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254