İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.
İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dollar borcun olmasıdır.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsində üz tutmalı olub.
Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.
Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid" hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.
Aşağıdakı avtomobillərə də həbs qoyulub:
- "Lx 600" MİNİK markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Toyota Hilux minik" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- "Kia Rio minik" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.
Məhkəmədə İ.Axundovun nümayəndədi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:
"Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur".
İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.
Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmas barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov Qaynarinfo-ya açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1258 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA
Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah
15.09.2026 236 Lavrov ABŞ-da Rubio ilə görüşəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikal
15.09.2026 152 Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini
15.09.2026 176 Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba
15.09.2026 146 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
15.09.2026 170 ABŞ İranın hərbi katerlərini vurdu - Hörmüz boğazında gərginlik artır
ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə İran katerlərinin Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd etməsindən sonra baş verib. ABŞ tərəfi katerləri
15.09.2026 285 "Kartımdan pul oğurlanıb!" - Bank kartlarının təhlükəsizliyi: Dələduzların yeni hiylələri və qorunma yolları
Sosial mediada və xəbər saytlarında son zamanlar eyni şikayətləri tez-tez eşidirik: "Kartımdan pul oğurlanıb, "Heç bir əməliyyat etmədiyim halda balansım sıfırlandı. Bəs bu hadisələr necə baş verir və biz öz vəsaitlərimizi necə qoruya bilərik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
15.09.2026 190 ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır
Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A
15.09.2026 232 Qida təhlükəsizliyində yeni mərhələ: İstehlakçını hansı yeniliklər gözləyir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni mərhələyə start verilir. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəddə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliy
15.09.2026 253