Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izah

Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izahƏr-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakı və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə tez-tez rast gəlinir.

Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu mülkiyyətə əmək, sahibkarlıq və intellektual fəaliyyət nəticəsində əldə edilən gəlirlər, alınan pensiya və müavinətlər, xüsusi təyinatı olmayan digər pul ödəmələri, eləcə də ümumi gəlirlər hesabına əldə olunan daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, paylar, əmanətlər və sair daxildir. Əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, nikah dövründə əldə edilən bütün bu əmlak tərəflərin tələbi ilə bölünə bilər:

"Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək ər və ya arvada məxsus əmlak, eləcə də nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə əldə edilən əmlak həmin şəxsin şəxsi mülkiyyəti sayılır. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim, ayaqqabı və s.) ümumi vəsait hesabına alınsa da, kimdə istifadə olunubsa, ona məxsus olur.

Nikaha qədər və ya nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və s.) tərəflərdən birinə verilən qızıl-zinət əşyaları onların şəxsi əmlakı hesab edilir. Toy zamanı gəlinə və ya bəyə verilən zinət əşyaları, həmçinin cehiz də hədiyyə olduğundan, nikah pozulduqda qadının mülkiyyəti sayılır və qarşı tərəf onların bölüşdürülməsini tələb edə bilməz.
Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izahAilə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ümumi əmlakın bölünməsi üçün 3 illik iddia müddəti mövcuddur. Lakin cehiz əşyaları və nikahdan əvvəl və ya nikah dövründə hədiyyə edilən şəxsi əmlak Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən başqasının qanunsuz sahibliyindən geri tələb oluna bilər və bu halda iddia müddəti tətbiq edilmir.

Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında da təsbit olunub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1456   Tarix: 15 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah

15.09.2026 236
.

Lavrov ABŞ-da Rubio ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio ilə görüşəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri amerikal

15.09.2026 152
.

Qızıl və gümüş almaq istəyənlərin nəzərinə

Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini

15.09.2026 176
.

Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba

15.09.2026 146
.

"Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"

"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə

15.09.2026 170
.

ABŞ İranın hərbi katerlərini vurdu - Hörmüz boğazında gərginlik artır

ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerə zərbə endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə İran katerlərinin Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd etməsindən sonra baş verib. ABŞ tərəfi katerləri

15.09.2026 285
.

"Kartımdan pul oğurlanıb!" - Bank kartlarının təhlükəsizliyi: Dələduzların yeni hiylələri və qorunma yolları

Sosial mediada və xəbər saytlarında son zamanlar eyni şikayətləri tez-tez eşidirik: "Kartımdan pul oğurlanıb, "Heç bir əməliyyat etmədiyim halda balansım sıfırlandı. Bəs bu hadisələr necə baş verir və biz öz vəsaitlərimizi necə qoruya bilərik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15.09.2026 190
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

15.09.2026 232
.

Qida təhlükəsizliyində yeni mərhələ: İstehlakçını hansı yeniliklər gözləyir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni mərhələyə start verilir. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəddə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliy

15.09.2026 253
.