İş adamı Süleyman Babayev HƏBS EDİLDİ - Milyonlarla...
Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib.
Lent.az-ın Qaynarinfo-ya istinadla məlumatına görə, "Alke İnşaat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.
İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib. O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir.
Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib.
Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.
Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev "AKELİK Group" ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. "AKELİK Group" Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3834 Tarix: 13 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15.09.2026 128 ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır
Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A
15.09.2026 232 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olub". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il
15.09.2026 174 Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?
Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq
15.09.2026 176 Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda
15.09.2026 173 "Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi"
"Həqiqətən də sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarının Prezident İlha
15.09.2026 161 Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15.09.2026 133 Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?
"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib
15.09.2026 195 Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara
15.09.2026 150