Tamaşaçılara söyüş söyən "Diva" gündəmdən düşmür

Tamaşaçılara söyüş söyən "Diva" gündəmdən düşmür"Diva" Bülent Ersoy, konsertdə playback edən sənətçilərə eyham vurduqdan sonra indi də tamaşaçısına söyüş söydüyü iddiası ilə gündəmdədir. Ersoydan bu iddialara cavab gecikmədi.

BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, usta sənətçi, sosial şəbəkədə yayımladığı sərt sözlərlə diqqət çəkib. Paylaşımında kimə eyham vurduğu isə maraq doğurub. Çox danışılan həmin paylaşımda Bülent Ersoy bunları yazıb:

"Camaatın diqqətinə! Mən zəfərlərin qadınıyam! İndi evinizə! Millətin dəvətli qonaqlarla belə doldura bilmədiyi Antalya Açıqhava Səhnəsini aslanlar kimi doldurdum, daşırdım. Konsertdə texnologiyanın arxasına sığınıb oxuyurmuş kimi edib xalqı aldadan, saxtakarlıq edən sizlərə səslənirəm: Mənə baxın, adam olun! Səsiniz yoxdursa insanları aldatmayın. Rədd olun, evinizə gedin. 74 yaşında bir qadın texnologiyanın heç bir imkanından istifadə etmədən, səsini parçalarcasına oxuya bilirsə bax bu, xalqa hörmət, alın təri, doğruluq və dürüstlükdür. Ah Müzeyyen bacım ah… Ah Zeki bəyim ah… Bu gün yaşanan bu rüsvayçılıqları görsəydiniz, musiqi naminə içiniz qan ağlayardı. Amma narahat olmayın, yattığınız yerdə rahat olun, çünki onların hamısının öhdəsindən yalnız mən gələrəm və gəlirəm də... Bir vaxtlar dediyim kimi: Mən bu bitmişləri ağlımladöyər, səsimlə basdıraram"!

"Ey oxuya bilməyənlər, səsini itirmiş olanlar yalançılar. Elə dodaq oynadaraq xalqı aldada bilməzsiniz. Bir müddət əvvəl aldığım dəqiq xəbəri də musiqisevərlərə çatdırmaq istəyirəm: "Çox qiymətli" deyilən bir sənətkarın səhnədə etdiyi playback zamanı salondakı tamaşaçılar: Biz playback dinləməyə gəlməmişik, əgər belə olacaqdısa kaseti qoyub dinləyərdik - deyərək ön masalarını tərk edib oyun salonuna keçiblər. Çox təəssüf edirəm. Yazıq ki, bunlar böyük adlardır. Oxuya bilmirsiniz! Keçmişdə qazandıqlarınızdan yeyirsiniz, amma unutmayın ki, hazıra dağ dözməz qızlar. Yoxsa sizə belə etiraz edərlər, xalqın şilləsini də yeyərsiniz. Bax, son Antalya Açıqhava konsertimdə də hamınıza şilləni vurdum. Çünki mən zəfərlərin qadınıyam".

Söyüş iddiası
Playback edənlərə sərt çıxış edən Ersoy, indi də onu izləməyə gələnlərə söyüş söydüyü iddiası ilə gündəmdədir.

Bülent Ersoyun cavabı:
"54 illik sənət həyatımda bu qədər əsassız və həqiqətdən uzaq ittihamlarla üzləşmək ömrünü Türk musiqisinə və aziz millətinə həsr etmiş bir sənətkar üçün son dərəcə incidici və üzücüdür. Bu gün bəzi mediada yer alan "Tamaşaçısına hörmətsizlik etdi" xəbərləri tamamilə manipulyasiya məhsuludur və həqiqətin təhrif olunmuş halıdır. Mənim üçün siz əziz və hörmətli dinləyicilərim hər zaman baş tacım, ən böyük dəyərim olmusunuz. Bu səbəbdən həqiqəti öz dilimdən sizə çatdırmaq borcumdur.
Çox dəyərli dostum Orhan Gencebay ustadın "Bir Teselli Ver" əsərini ifa edərkən, mahnının müəyyən hissəsində vurduğum yüksək notların verdiyi coşqu və ardınca gələn alqış tufanı ilə özümə kompliment olaraq "Nə gözəl oxudun Bülent" mənasında, zarafatyana bir ifadəni öncə özüm-özümə dedim. Ardınca, ən öndə oturan Kiprli yaxın dostum İpek xanıma baxaraq təkil şəkildə "qız" sözünü işlətməyim, ümumilikdə salona deyil, konkret bir şəxsə yönəldiyimin açıq sübutudur. Əgər iddia edildiyi kimi bütün salona demiş olsaydım, başım dik, üzüm bütün tamaşaçılara dönük olardı. Hamı bilsin ki, 54 illik sənət həyatımda məni mən edən Türk xalqına heç vaxt hörmətsizlik etmədim, bu mümkün də deyil. İndiyədək belə bir hadisə olmayıbsa, 54 ildən sonra da belə bir şey ola bilməz. Tamaşaçım mənim baş tacımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1417   Tarix: 13 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15.09.2026 128
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

15.09.2026 232
.

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olub". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il

15.09.2026 174
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15.09.2026 176
.

Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda

15.09.2026 173
.

"Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi"

"Həqiqətən də sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarının Prezident İlha

15.09.2026 161
.

Ürəyində tikiş iynəsi aşkarlandı

Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini

15.09.2026 133
.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

15.09.2026 195
.

Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…

Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara

15.09.2026 150
.