20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar
Fransada yaşayan 59 yaşlı Lorans Van Vassenhovo 20 il ərzində maaş almasına baxmayaraq, iş yerində ona heç bir vəzifə, tapşırıq verilmədiyini bildirərək telekommunikasiya nəhəngi Orange şirkətini məhkəməyə verib. Qadın bu vəziyyətin onu "məcburi fəaliyyətsizlik" vəziyyətinə saldığını, sosial təcrid və ağır depressiyaya səbəb olduğunu iddia edir.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, Lorans 1993-cü ildə, o vaxt France Télécom adlanan şirkətə böyük ambisiyalarla qoşulub.
Onda epilepsiya və bədənin yalnız bir tərəfini iflic edən hemiplejiya diaqnozu qoyulduqdan sonra, o, daha oturaq işə, katib vəzifəsinə keçirilib.
2002-ci ildə başqa işə köçürülmək üçün müraciət edən Lorans tibbi yoxlamadan sonra həmin vəzifəyə yararsız hesab edilib və "rezerv" siyahısına daxil edilib. O vaxtdan etibarən ona nə yeni iş yeri, nə də peşəkar fəaliyyət imkanı verilib.
"Bəli, mənə maaş verirdilər. Amma mənə elə davranırdılar ki, guya mövcud deyiləm", – deyə qadın bildirib. Onun sözlərinə görə, illər ərzində dəfələrlə təlim, vəzifə dəyişikliyi və dəstək istəsə də, nəticə olmayıb. 2015-ci ildə hökumətə və Anti-diskriminasiya üzrə Ali Şuraya şikayət etdikdən sonra da vəziyyət dəyişməyib.
Fransa əmək qanunvericiliyinə görə, işəgötürən sağlamlıq səbəbindən əvvəlki vəzifəsini icra edə bilməyən əməkdaş üçün uyğun alternativ iş tapmaq üçün real səylər göstərməlidir. Lorans isə Orange şirkətinin bu öhdəliyi yerinə yetirmədiyini və onun uzunmüddətli fəaliyyətsizliyinin diskriminasiya olduğunu bildirir.
Qadının vəkili Devid Nabet-Martin də bildirib ki, işəgötürən uzun illər ərzində iş şəraitini təmin etməyib və bu, Fransanın əmək qanunlarına görə diskriminasiya sayılır.
Orange isə qadının "fərdi sosial vəziyyətini nəzərə aldıqlarını" və ən yaxşı şəraiti yaratdıqlarını iddia edib. Şirkət onun üçün yeni vəzifə imkanlarını nəzərdən keçirdiyini, lakin tez-tez xəstəlik məzuniyyətində olduğu üçün bu prosesin baş tutmadığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 840 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır. xəbər verir ki, bu barədə -a açıqlamasında Nəsimi Nəbizadə deyib. O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: "Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdanda
11.02.2026 478 "Sahib" şadlıq evində nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Sakit Həmid oğlu Tağıyevə məxsus "Sahib" şadlıq evində yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Belə ki, obyektdə sanitar-texnik
11.02.2026 320 Ərinin əli ilə məni "cəzalandırmaq" istəyirdi
Aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə aralarında yaşanan qalmaqaldan danışıb. Axşam.az xəbər verir ki, S.Kərəmoğlu qarşı tərəfin onun sözlərini yanlış anladığını bildirib:. "Yalan danışan Allahın lənətinə gəlsin! Onsuz da Allah lənətləyib. Mənim haqqıma girib, məni şantaj edərə
11.02.2026 430 Epşteyn qalmaqalı yenidən Ağ Evi hədəfə alır
Pedofil maliyyəçi Ceffri Epşteynin yaxın çevrəsində yer almış və seks qaçaqmalçılığına görə məhkum olunmuş Ghislaine Maxwellin ABŞ prezidenti Donald Trampa mümkün sövdələşmə ilə bağlı mesaj göndərdiyi iddia olunur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Maxwel
10:57 98 "Sinif otağına kamera yox, etimad lazımdır"-EKSPERTDƏN AÇIQLAMA
"Məktəb, hər şeydən əvvəl, qarşılıqlı etimad və mənəvi bağlılıq üzərində qurulan müqəddəs bir ocaq olmalıdır. "İdrak" liseyində baş verən qanlı hadisədən sonra sinif otaqlarına nəzarət kameralarının quraşdırılması təklifi isə, əslində, təhsil mühitində bu etimadın sarsıldığının rəsmi etirafıdır"
11:45 0 Sinif otağında alçaldılma: Şagird hüquqları pozulurmu? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Lakin bəzi hallarda şagirdlərin müəllim tərəfindən sinif yoldaşlarının qarşısında alçaldılması, təhqiramiz ifadələrə məruz qalması və ya psixoloji təzyiq görməsi ilə bağlı iddialar gündəmə gəlir
11:39 0 Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş - Video
Fevralın 10-u paytaxtın Səbail rayonunda yerləşən Atatürk Mərkəzində aşıq Ataxanın öldüyü hadisə ilə bağlı bəzi məqamlar dəqiqləşib. "Qafqazinfo" xəbər verir ki, həmin gün saat 15:00-da Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə ədəbi-bədii tədbir keçirilib. Tədbirdə sənətçi Telli Borçalını
10:55 129 Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)
Qaradağ rayonu, Qızıldaş şəhər tipli qəsəbədə yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçası təşkil olunub. Yurd.Media-ya baxçanın fəaliyyəti barədə məlumat verən valideynlərdən biri qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçad
11:50 0 İnsan və pişik yaddaşı arasındakı fərq AÇIQLANDI
Baytarların sözlərinə görə, pişiklər həm yaxşı, həm də pis xatirələri yadda saxlaya bilirlər. Bəzi pişik sahiblərini maraqlandıran suallardan biri də budur: heyvan doğulduqdan sonrakı ilk günlərini və ya ailəyə götürülməzdən əvvəl sığınacaqda keçirdiyi dövrü xatırlayırmı? . bu sualla bağlı maraqlı faktlar
11.02.2026 318