İlham Əliyev Fərman imzaladı

İlham Əliyev Fərman imzaladı"Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana və "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə bu Fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi EHİS-in aparılması, fəaliyyətinin təşkili və inkişafı, EHİS-in Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdəAzərbaycan Prezidentinin "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" 2021-ci il 17 aprel tarixli 1315 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Eyni zamanda elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin (o cümlədən Mərkəzi Bankın) və digər büdcə təşkilatlarının (bundan sonra – qurumlar), eləcə də elektron imza xidmətindən istifadə üçün müraciət edən digər hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması işini təşkil etməli, qurumların elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirməli, qurumların elektron xidmətlərindən EHİS vasitəsilə "bir pəncərə" prinsipi əsasında istifadəni qurumlar tərəfindən elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq verilən sənədlərin EHİS vasitəsilə identikləşdirilməsi mexanizmini, eləcə də həmin mexanizmin təhlükəsizliyini və elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi üçün qurumlara metodiki dəstəyi təmin etməlidir. O cümlədən dövlət qulluqçularının və hərbi qulluqçuların informasiya texnologiyalarından istifadə və kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirməlidir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dövlət Xidmətlərinin Elektron Reyestrindən aşağıdakı məlumatların EHİS vasitəsilə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə ötürülməsini və həmin məlumatların aktuallığını təmin etməlidir:

- elektron xidmətin adı, həmin xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, habelə elektron xidmətin göstərilməsindən imtina halları, ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumatların;

- dövlət xidmətinin inzibati reqlamentində müəyyən edilən və xidmətin elektron formada göstərilməsi ilə bağlı olan digər məlumatların.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçilərinin identikləşdirilməsi prosesinin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə həmin informasiya ehtiyatlarında və sistemlərində "Vahid Giriş" altsistemini tətbiq etsinlər, "Açıq məlumatlar" portalının fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliklə birlikdə sahibi olduqları (formalaşdırdıqları) açıq məlumatların EHİS vasitəsilə "Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər.

Eyni zamanda elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı aşağıdakı tədbirləri həyata keçirsinlər:

- fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını və həmin bölmədə EHİS-ə keçidin verilməsini;

- elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini;

- elektron xidmət bölməsində "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə keçid verilməsini, eləcə də bu bölmədən maneəsiz və sərbəst istifadənin təmin edilməsini;

- elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq sənədlərin (ərizə, blank və sair) elektron formasının interaktiv qaydada doldurulmasını, elektron informasiya ehtiyatlarına (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) daxil edilməyən sənədlərin skan edilmiş surətlərinin, elektron sənədlərin və məlumatların elektron formada qəbul edilməsini, bu barədə şəxsə təsdiq bildirişinin göndərilməsini və həmin sənədlərə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə baxılmanın, eləcə də elektron xidmətlərin fasiləsiz göstərilməsinin təmin olunmasını;

- dövlət xidmətləri, o cümlədən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktlarla ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsini, yalnız bu mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasını və ya müraciət edən tərəfindən təmin olunmasını;

- göstərilən elektron xidmətlərə görə normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin (ödəniş xidməti təchizatçıları vasitəsilə) təmin edilməsini, eləcə də elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini;

- elektron xidmətlər göstərilməsində istifadə olunan dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların tamlığının, aktuallığının, mötəbərliyinin və təhlükəsizliyinin təmin edilməsini;

- elektron xidmətlər göstərilməsinin gedişatı barədə şəxsə EHİS-də yaradılan şəxsi kabinet, elektron poçt və ya telefon (mobil və stasionar) vasitəsilə məlumat almaq imkanının yaradılması üçün tədbirlər görülməsini və nəticənin ona təqdim olunmasını;

- elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq elektron sənədin və ya identikləşdirməyə imkan verən rekvizitlərə malik digər sənədin verilməsini (elektron xidmət göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1492   Tarix: 12 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid atası vəfat etdi

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlər

03.06.2026 264
.

Paşinyandan Volodinə cavab: Ermənistanın özündə işçi qüvvəsi çatışmır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə, xüsusilə tikinti sektorunda işçi qüvvəsi çatışmazlığının müşahidə olunduğunu bildirib və vətəndaşları xaricə deyil, ölkə daxilində iş axtarmağa çağırıb. Bizim.Media xəbər verir ki, Gegarkunik vilayətində keçirilən seçki kampaniyası zamanı çıxış edən Paşinya

03.06.2026 252
.

Estoniya Rusiya sərhədində hərbi şəhərcik tikir

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində hərbi şəhərcik inşa etməyi planlaşdırır. xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat yayıb. Onun sözlərinə görə, tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur:. "Hərbi şəhərciyin yaradılması milli təhlükəsizli

03.06.2026 222
.

İsrail ordusu Hizbullah terror təşkilatının silah anbarına və partlayıcı qurğuya basqın edib

Əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri ərazidəki 20-dən çox terrorçu obyektini məhv etmək üçün altı ton partlayıcı maddədən istifadə edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu çərşənbə günü bildirib ki, İsrail ordusu əsgərləri Livanın cənubunda Hizbullah terror təşkilatını

10:28 146
.

Uçuş zamanı zədələnmiş baqaja görə kompensasiyanı necə almaq olar?

Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə

03.06.2026 256
.

NASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi

"Qəzaya uğrayan naməlum uçan obyektlərlə və ya ölən yadplanetlilər barədə sənədli sübut yoxdur". BİG.AZ xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib. O qeyd edib ki, agentlikdə bu barədə heç bir sənədləşdirilmi

03.06.2026 269
.

Fizika düsturu bəşəriyyətin 12 min illik tarixini həll etdi

Elm adamları amorf bərk cisimlərin atomik strukturunu modelləşdirmək üçün hazırlanmış bir formulun insanlığın 12 min illik demoqrafik tarixini də izah edə bildiyini aşkar ediblər. Üstəlik, model böyük miqyaslı fəlakətlər baş verəcəyi halda 2064-cü ilə qədər dünya əhalisinin yarıya düşə biləcəyinə işar

03.06.2026 265
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib

10:11 134
.

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr

03.06.2026 339
.

TOP MP3