Saakaşvilinin Zəngəzur dəhlizi ilə bağlı iddialarına politoloqdan cavab
Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin Vaşinqtonda baş tutan ABŞ–Ermənistan–Azərbaycan liderlərinin görüşü və imzalanan birgə bəyanatla bağlı açıqlamaları diqqət çəkib.
Saakaşvili iddia edib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sazişə əsasən, Vaşinqton Zəngəzur dəhlizini 100 illik icarəyə götürür. Onun sözlərinə görə, bu dəhliz Gürcüstan, İran və Rusiyadan yan keçərək Avropadan Çinə yeni tranzit marşrutu açır.
"Bəli, İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı Körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) "dəmir pərdə" enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir", – deyə Saakaşvili bildirib və buna görə İvanişvili hökumətini günahlandırıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev isə bu iddiaların daha çox siyasi emosiyalara əsaslandığını və mövcud iqtisadi-siyasi reallıqlarla uyğun gəlmədiyini bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil, əksinə, əlavə imkanlar yaradan layihədir:
"Zəngəzur dəhlizi Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji marşrutlarını əvəz etmir, yalnız Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa bağlantı yaratmağa xidmət edir. Bu layihənin geniş regional təsirləri olsa da, Gürcüstanın mövcud rolunu zəiflətmək məqsədi daşımır.
Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşı olaraq Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və TANAP layihələrində mühüm rol oynayır. Bu əməkdaşlıq həm texniki, həm də siyasi baxımdan iki ölkəni sıx şəkildə birləşdirir".
Turan Rzayev bildirib ki, Ermənistan üzərindən keçəcək yeni dəhlizin Gürcüstanın strateji mövqeyini zəiflədəcəyi iddiası erkən və qeyri-realdır. Çünki Ermənistanla Azərbaycan arasında münasibətlər hələ tam normallaşmayıb, Ermənistan daxilində bu layihəyə qarşı ictimai və siyasi müqavimət güclüdür.
O, həmçinin vurğulayıb ki, Gürcüstan üzərindən keçən enerji marşrutları beynəlxalq hüquqla qorunur və Bakı üçün bu əməkdaşlıqdan imtina etmək iqtisadi baxımdan məntiqli deyil. Üstəlik, Azərbaycanın "yaşıl enerji" layihələri də Gürcüstan vasitəsilə Avropaya ötürülür.
Politoloq əlavə edib ki, Poti və Batumi limanları Xəzər və Qara dənizləri birləşdirən ticarət zəncirinin mühüm halqalarıdır. Zəngəzur dəhlizi isə bu limanlara alternativ ola bilməz, çünki dəniz və quru nəqliyyatı fərqli imkanlara malikdir.
Nəticə olaraq, Rzayev bildirib ki, Gürcüstan hakimiyyəti də bu reallıqları bilir və Bakı ilə strateji əməkdaşlıq siyasətini davam etdirir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1414 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu imtahanların tarixləri açıqlandı
Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyən olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuya
10:39 171 Katz: "İsrail atəşkəsə baxmayaraq, Livanda əməliyyatları davam etdirəcək"
İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, İsrail hələlik Livanın cənubundakı əməliyyatlarını davam etdirəcək və İsrail tərəfindən evlərindən zorla çıxarılan Livan sakinləri geri qayıda bilməyəcəklər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Katz verdiyi açıqlamada qoşunları
10:53 138 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib
10:11 134 Süni intellekt kiberdələduzlarla mübarizədə nə qədər uğurludur?
"Bir çox insanı maraqlandıran suallardan biri də budur: "Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?" Bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur və artıq geniş şəkildə istifadə olunur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellek
12:19 123 Bakıda yeni körpü tikilir
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib. Bu barədə BİG.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib
10:20 169 Moskvada benzinin satışına məhdudiyyətlər QOYULDU
Moskvada yanacaq satışına məhdudiyyətlər qoyulub. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mediası yayıb. Məlumata görə, Moskva bölgəsində fəaliyyət göstərən ORTK yanacaqdoldurma şəbəkəsi yanacaq satışına limitlər tətbiq edib. -nun xəbərinə əsasən, 30 may tarixindən etibarən bu şəbəkəni
03.06.2026 272 Türkiyədə növbəti zəlzələ - Kahramanmaraş silkələndi
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, yeraltı təkanlar vilayətin Pazarcık rayonunda baş verib. Məlumata görə, zəlzələnin maqnitudası 4,4 olub. Təbii hadisə yerli vaxtla saat 13:12-də, təxminən 12 kilometr dərinlikdə qeydə alınıb. pizza sifarişi
03.06.2026 250 Ermənistanın keçmiş müdafiə nazirindən hərbi aviasiya ilə bağlı çağırış
Ermənistan Rusiyadan Su-30SM qırıcı təyyarələrinin alınmasını davam etdirməlidir. xəbər verir ki, bunu Sputnik Armenia-ya açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bildirib. O qeyd edib ki, nazir vəzifəsində çalışdığı dövrdə Yerevan Moskvadan bu tip dörd qırıcı təyyarə alıb və həmi
11:52 134 Geomaqnit qasırğası olacaq
Bu gün geomaqnit qasırğası baş verəcək. Axşam.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, Günəş səthində müntəzəm qeydə alınan C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kütl
11:15 143