Azərbaycanın bu ərazisində dəniz - 2 km geri çəkilib
Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.
Ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5–2 km geri çəkilib.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1319 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi
"Qəzaya uğrayan naməlum uçan obyektlərlə və ya ölən yadplanetlilər barədə sənədli sübut yoxdur". BİG.AZ xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib. O qeyd edib ki, agentlikdə bu barədə heç bir sənədləşdirilmi
03.06.2026 269 Sabah 32° isti olacaq
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şər
14:02 90 Etimadsızlıq amili: İran ABŞ-ın təklifinə niyə tələsmir?
İran ABŞ ilə anlaşma memorandumunun layihəsini nəzərdən keçirir və hələlik Vaşinqtona cavab verməyib. xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Tehran ABŞ-ın keçmişdə öhdəliklərini yerinə yetirməməsi, eləcə də uzun müddətdir davam edən qarşılıqlı inamsızlıq səbəbindən Vaşinqtonu
11:05 133 Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur
Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr
03.06.2026 339 Estoniya Rusiya sərhədində hərbi şəhərcik tikir
Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində hərbi şəhərcik inşa etməyi planlaşdırır. xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat yayıb. Onun sözlərinə görə, tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur:. "Hərbi şəhərciyin yaradılması milli təhlükəsizli
03.06.2026 222 Fizika düsturu bəşəriyyətin 12 min illik tarixini həll etdi
Elm adamları amorf bərk cisimlərin atomik strukturunu modelləşdirmək üçün hazırlanmış bir formulun insanlığın 12 min illik demoqrafik tarixini də izah edə bildiyini aşkar ediblər. Üstəlik, model böyük miqyaslı fəlakətlər baş verəcəyi halda 2064-cü ilə qədər dünya əhalisinin yarıya düşə biləcəyinə işar
03.06.2026 265 Evə od vurub arvadını və qayınanasını öldürdü
Başqırdıstanda kişi arvadını və qayınanasını amansızlıqla öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Tuymazı rayonunda baş verib. 68 yaşlı kişi ilə həyat yoldaşı arasında mübahisə yaranıb. Münaqişə zamanı sərxoş kişi dəhlizdə qadının üzərinə benzin tökərək onu yandırıb. Bu zaman qadın evdə
03.06.2026 253 Boşanmaq istəyi mənəvi zərər sayılırmı?
"Azərbaycanda mənəvi zərərin kompensasiyası ilə bağlı hüquqi meyarlar daha da dəqiqləşdirilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında mənəvi zərərin anlayışı, onun yaranma səbəbləri və kompensasiy
14:31 71 İsrail ordusu Hizbullah terror təşkilatının silah anbarına və partlayıcı qurğuya basqın edib
Əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri ərazidəki 20-dən çox terrorçu obyektini məhv etmək üçün altı ton partlayıcı maddədən istifadə edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu çərşənbə günü bildirib ki, İsrail ordusu əsgərləri Livanın cənubunda Hizbullah terror təşkilatını
10:28 146